8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türkiyədən Naxçıvana təbii qaz ixracatı başlayır

2 Mart 2025 12:55
Türkiyədən Naxçıvana təbii qaz ixracatı başlayır

Bakı, AzerVoice

Türkiyə və Azərbaycan arasındakı enerji əməkdaşlığı yeni mərhələyə addım atır. Türkiyə Naxçıvana təbii qaz ixrac edəcək.

AzerVoice xəbər verir ki, bu haqda Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktarın verdiyi açıqlamada deyilir.

"Iğdır-Naxçıvan qaz boru kəməri artıq tamamlanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə yaxın zamanda rəsmi açılış mərasimi keçiriləcək",- deyə o bildirib.

O qeyd edib ki, bu qaz boru kəməri ilə Türkiyənin yeni bir enerji bağlantısı təmin ediləcək və beləliklə, artıq Naxçıvanın qaz ehtiyacı Türkiyə vasitəsilə qarşılanacaq.

Qeyd edək ki, Alparslan Bayraktar, Rusiyanın paytaxtı Moskvada keçirilən rəsmi görüşlər zamanı gündəmdə olan mövzularla bağlı suallara cavab verib.

Bayraktar, Türkiyənin Avropanın dördüncü ən böyük təbii qaz istehlakçısı olduğunu vurğulayaraq, Rusiyanın bu sahədə mühüm tədarükçü ölkələrdən biri olduğunu qeyd edib.

Türkiyənin təbii qaz sahəsində böyük bir bazar olduğunu vurğulayan Bayraktar, ölkənin həm coğrafi mövqeyi, həm də həyata keçirdiyi infrastruktur sərmayələri ilə bölgədəki digər ölkələrə təchizat təhlükəsizliyi baxımından kömək edə biləcəyini bildirdi.

Qaradənizdəki işlər nəticəsində Türkiyənin artıq təbii qaz istehsalçısına çevrildiyini vurğulayan Bayraktar, "Qonşu ölkələrlə olan bağlantılarımızın tutumunu artırmaq hədəfi ilə çalışırıq. Bu sahədə ciddi imkanlar var" deyə vurğulayıb.

Məqalədə: #Türkiyə #Azərbaycan #Naxçıvan #Alparslan Bayraktar #Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi #İğdır-Naxçıvan

Mövzu üzrə digər xəbərlər

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

12:00
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Qətər

Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?

11:08
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Siyasət

Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

10:17
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Siyasət

Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir

10:00

Son Xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
15:29
Səudiyyə Ərəbistanında qeyri-neft sektoru ikinci rübdə 0,9 faiz artıb
Səudiyyə Ərəbistanında qeyri-neft sektoru ikinci rübdə 0,9 faiz artıb
15:26
Səudiyyə Ərəbistanı xaricdə həyata keçirilən işləri ölkə daxilində görməyi planlaşdırır
Səudiyyə Ərəbistanı xaricdə həyata keçirilən işləri ölkə daxilində görməyi planlaşdırır
15:20
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
14:48
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.