4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türkiyədə Ortaq Türk Əlifbası seminarda müzakirə olunub

29 Aprel 2025 13:54
Türkiyədə  Ortaq Türk Əlifbası seminarda müzakirə olunub

BAKI, AzerVoice

Antalyada keçirilən seminarda ortaq türk əlifbası müzakirə edilib

AzerVoice xəbər verir ki, 28–29 aprel 2025-ci il tarixlərində Antalyada Türk Dil Qurumunun təşkilatçılığı ilə “Türk Dünyası Birliyinə gedən Yolda Ortaq Əlifba” adlı seminar keçirilib.

Tədbirdə ortaq türk əlifbasına keçidin aktuallığı və bunun Türk dünyasında inteqrasiyanı gücləndirəcək rolu müzakirə olunub.

Seminarın protokol iştirakçıları sırasında Türk Dil Qurumunun prezidenti Prof. Dr. Osman Mert, Qazaxıstanın Antalyadakı baş konsulu Kuat Kanafeyev, Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev, Türkmənistanın Ankaradakı səfirliyinin katibi Arslan Çarıyev, Azərbaycanın C Deputat Mərkəzinin nümayəndəsi Arslan Çarıyev Ağaov, Azərbaycanın Ankaradakı səfirliyindən Elnur Hüseynov və digər rəsmi şəxslər yer alıb.

Açılış nitqində Prof. Dr. Osman Mert ortaq əlifbanın türk xalqları arasında birləşdirici rol oynadığını vurğulayıb, bu istiqamətdəki təşəbbüslərə görə Prezident Rəcəb Tayyib Ərdoğana və Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırıma təşəkkürünü bildirib.

Prof. Mert, “Ortaq əlifbaya keçid türk dünyasını ortaq keçmişdən ortaq gələcəyə aparacaq, bu baxımdan strateji əhəmiyyət daşıyır” - deyə qeyd edib və ortaq əlifbanın dil, mədəniyyət və təhsil sahələrində yaratdığı imkanlara toxunub.

Qeyd edək ki, 9–11 sentyabr 2024-cü il tarixlərində Bakıda keçirilmiş “Türk Dünyası Ortaq Əlifba Komissiyasının Üçüncü Toplantısı”nda 34 hərfdən ibarət “Ortaq Türk Əlifbası” yekdilliklə qəbul edilib. Seminarda bu prosesin davamı olaraq görülən elmi və praktiki addımlar müzakirə olunub.

İki sessiyadan ibarət tədbirdə iştirakçılar ortaq əlifbanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə tətbiqi, bu istiqamətdə aparılan araşdırmalar və gələcək strateji fürsətlər mövzusunda fikir mübadiləsi aparıblar.

Çalıştayda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Cümhuriyyəti və Türkiyədən görkəmli alimlər – o cümlədən prof. Nizami Cəfərov, prof. Nadir Məmmədli, prof. Asif Hacıyev, prof. Kuralay Kuderinova, prof. Sırtbay Musayev, prof. Kazakbay Yoldoshev və digər mütəxəssislər təqdimatla çıxış ediblər.

Məqalədə: #Türkiyə #Azərbaycan #Türk Dövlətləri Təşkilatı (TDT) #Türk dövlətləri #Antalya #Binəli Yıldırım #ortaq türk əlifbası mövzusunda beynəlxalq seminar #Ortaq türk əlifbası #türk dövlətləri dil birliyi

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

11:56
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45

Son Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
20:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.