7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türkiyə Avropanın təhlükəsizliyində əsas roldadır - Polşa

1 May 2025 12:00
Türkiyə Avropanın təhlükəsizliyində əsas roldadır - Polşa

BAKI, AzerVoice

“Türkiyə Avropanın təhlükəsizliyində əsas roldadır.”

AzerVoice xəbər verir ki, Polşa siyasətçiləri, ekspertləri və akademik dairələri Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəklədiklərini və bu ölkəni Avropanın təhlükəsizlik arxitekturasında mühüm faktor kimi gördüklərini bildiriblər.

Avropa İttifaqının Türkiyədəki nümayəndəliyi və Polşanın Ankaradakı səfirliyinin dəstəyi ilə keçirilən mətbuat turu çərçivəsində təşkil olunan görüşlərdə Aİ–Türkiyə münasibətləri, müdafiə, təhlükəsizlik və qarşılıqlı gözləntilər müzakirə olunub. Polşa xarici işlər nazirinin müavini Anna Radvan çıxışında Türkiyənin Aİ-yə üzvlük prosesini yaxından izlədiklərini və bu istiqamətdə dəstəklədiklərini bildirib.

“Avropa İttifaqı tərəfdaş seçərkən dini meyarlara əsaslanmır, əsas kriteriyalar iqtisadi və siyasi ölçülərdir. Polşa olaraq Türkiyənin üzvlük yolunda üzərimizə düşəni edirik. Lakin bu proses qarşılıqlı məsuliyyət tələb edir”- deyə Radvan deyib. O, həmçinin qeyd edib ki, Polşanın Aİ-yə sədrliyi dövründə təhlükəsizlik əsas prioritetlərdəndir və Türkiyənin bu çərçivədə əhəmiyyətli rol oynadığını düşünürlər.

Türkiyənin turizm potensialına da toxunan Radvan, hər il təxminən 1,8 milyon polşalı turistin bu ölkəyə səfər etdiyini, türk mətbəxinin və arxeoloji irsin böyük maraq doğurduğunu vurğulayıb. O, həmçinin 7-8 may tarixlərində keçiriləcək Aİ Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısına Türkiyənin də qatılmasının vacib olduğunu bildirib.

Beynəlxalq Araşdırmalar Mərkəzinin təsisçisi Yanuş Reyter isə bildirib ki, Rusiya-Ukrayna müharibəsi Polşanın uzun illərdir davam edən sabitlik dövrünü sarsıdıb. O qeyd edib ki, Avropa ölkələri, o cümlədən Polşa, təhlükəsizlik məsələlərinə daha çox önəm verir və bu kontekstdə Türkiyə Aİ və Ukraynanın müdafiəsində əsas rol oynayan ölkə kimi qiymətləndirilir.

Varşava Universitetindən prof. Kamil Zajaczkowski NATO çərçivəsində Avropa müdafiə siyasətinin qurulmasında Türkiyənin rolunun artdığını bildirib. Universitetin müəllimi Dr. Danuta Chmielowska isə Türkiyənin Aİ-yə üzvlüyünün bölgə üçün strateji əhəmiyyət daşıdığını qeyd edərək, Ankara-Brüssel münasibətlərinə dair nikbin fikirlər səsləndirib.

Polşa Xarici Əlaqələr İnstitutunun analitiki Artur Kacprzyk isə Türkiyənin NATO-nun ikinci ən böyük ordusuna sahib olduğunu və Qara dəniz regionuna çıxışı ilə strateji əhəmiyyət daşıdığını bildirib. Eyni institutun Türkiyə üzrə analitiki Aleksandra Maria Spancerska isə Polşa cəmiyyətində Türkiyənin müsbət imicə sahib olduğunu, xüsusilə Bayraktar İHA-larının bu fikri gücləndirdiyini qeyd edib.

Məqalədə: #Türkiyə #Avropa İttifaqı (Aİ) #Polşa #Türkiyə - Avropa İttifaqı münasibətləri #Polşanın Türkiyəyə dəstəyi #Avropa təhlükəsizlik arxitekturası #NATO və Türkiyə əməkdaşlığı #Polşa-Türkiyə strateji əlaqələri #Türkiyənin Qara dənizdə rolu #Ankara-Brüssel strateji əməkdaşlıq

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.