5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Fələstin rəhbərliyi BMT Baş Assambleyasında dövlət elan etməyi planlaşdırır

Fələstin Milli Administrasiyası (FMA) sentyabr ayında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında Fələstin Muxtariyyətinin birtərəfli qaydada Fələstin Dövlətinə çevrilməsi və elan edilməsi imkanını nəzərdən keçirir. Bu barədə "Al Araby Al Jadeed" qəzeti fələstin rəhbərliyinin nümayəndəsinə istinadən məlumat verib.

10 Avqust 2025 15:54
Fələstin rəhbərliyi BMT Baş Assambleyasında dövlət elan etməyi planlaşdırır

BAKI, AzerVoice, Səməd Əyyubov

Fələstin Milli Administrasiyası (FMA) sentyabr ayında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında Fələstin Muxtariyyətinin birtərəfli qaydada Fələstin Dövlətinə çevrilməsi və elan edilməsi imkanını nəzərdən keçirir.

AzerVoice xəbər verir ki, bu barədə "Al Araby Al Jadeed" qəzeti fələstin rəhbərliyinin nümayəndəsinə istinadən məlumat verib.

Mənbənin sözlərinə görə, bu addım Fələstin Prezidenti Mahmud Abbasın konstitusiya bəyanatından sonra atılacaq və Fələstin Milli Şurasına (Fələstin Azadlıq Təşkilatının parlament funksiyalarını yerinə yetirən orqan) seçkilərin dəqiq tarixi müəyyən olunacaq.

“Konstitusiya bəyanatı prezident tərəfindən dərc ediləcək və dövlətin sərhədlərini, xarakterini, mahiyyətini və konstitusiya əsaslarını, fələstin konstitusiyası təsdiqlənənədək, müəyyən edəcək” – deyə, o bildirib. Məlumata görə, dövlət elanının seçkilərdən əvvəl baş tutması mümkündür. Abbas daha əvvəl bu seçkilərin 2025-ci ilin sonunadək keçiriləcəyini bildirmişdi.

Nümayəndə qeyd edib ki, muxtariyyətin dövlətə çevrilməsi məsələsi 2015-ci ildə də müzakirə olunmuş, lakin Abbas səbəb göstərmədən prosesi dayandırmışdı. Onun sözlərinə görə, prezidentin bu mövzuya yenidən qayıtması iki səbəblə izah olunur: beynəlxalq aləmdə Fələstin Dövlətinin tanınması kampaniyasından yaranan siyasi impulsu dəyərləndirmək və İsrailin işğal olunmuş İordan çayının qərb sahilini ilhaq etmə qərarına cavab vermək.

Qeyd edək ki, iyulun 23-də İsrail Parlamenti (Knesset) hökumətə ölkə suverenliyini İordan çayının qərb sahilinə yaymağı tövsiyə edən deklarasiya qəbul edib. Sənəd hüquqi öhdəlik daşımır, lakin Bəhreyn, Misir, İndoneziya, İordaniya, Qətər, Nigeriya, BƏƏ, Fələstin, Səudiyyə Ərəbistanı və Türkiyə də daxil olmaqla 10 ölkə bu addımı beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurası qətnamələrinin açıq şəkildə pozulması kimi qiymətləndirib.

İyulun sonunda isə 15 ölkənin xarici işlər nazirləri Nyu-Yorkda keçirilən konfransın yekunları əsasında Fələstinin tanınması imkanını dəstəkləyiblər. Bu təşəbbüsə artıq müvafiq qərar qəbul etmiş Avstraliya, Andorra, İrlandiya, İslandiya, İspaniya, Kanada, Lüksemburq, Malta, Yeni Zelandiya, Norveç, Portuqaliya, San-Marino, Sloveniya, Finlandiya və Fransa qoşulub.

Məqalədə: #Türkiyə #Fələstin #BMT #Kanada #Misir #Qətər #İspaniya #İordaniya #Bəhreyn #Mahmud Abbas #BMT Baş Assambleyası #Fələstin dövlətinin tanınması #BMT Baş Assambleyası Fələstin tanınması #BMT Baş Assambleyası Fələstin #Fələstin tanınması #Fələstin dövləti tanınma

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
Siyasət

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək

11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.