7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

9 ölkədən BMT-dəki Qəzza qətnaməsinə birgə dəstək

Türkiyənin də aralarında olduğu 9 ölkə, hazırda BMT Təhlükəsizlik Şurasının gündəmində müzakirə edilən Qəzza ilə bağlı qətnaməyə birgə dəstək açıqlayıb. Türkiyə, ABŞ, Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İndoneziya, Pakistan və İordaniyanın BMT-dəki daimi nümayəndəlikləri Qəzza qətnaməsi ilə bağlı ortaq bəyanat yayıb.

15 Noyabr 2025 11:24
9 ölkədən BMT-dəki Qəzza qətnaməsinə birgə dəstək

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyənin də aralarında olduğu 9 ölkə, hazırda BMT Təhlükəsizlik Şurasının gündəmində müzakirə edilən Qəzza ilə bağlı qətnaməyə birgə dəstək açıqlayıb.

AzerVoice xəbər verir ki, Türkiyə, ABŞ, Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İndoneziya, Pakistan və İordaniyanın BMT-dəki daimi nümayəndəlikləri Qəzza qətnaməsi ilə bağlı ortaq bəyanat yayıb.

Açıqlamada bildirilib ki, adı çəkilən ölkələr ABŞ tərəfindən hazırlanan və hazırda Təhlükəsizlik Şurasında müzakirə olunan Qəzza layihəsinə birgə dəstəklərini ifadə edirlər.

Birgə bəyanatda 29 sentyabrda elan edilən Qəzzada sülh planının bu qətnamədə dəstəkləndiyi, eləcə də Misirin Şarm əl-Şeyx şəhərində keçirilən görüşlərdə iştirakçı dövlətlər tərəfindən təsdiq olunduğu qeyd olunub.

Açıqlamada Filistinlilərin “öz müqəddəratını təyinetmə haqqı”na xüsusi vurğu edilib:
“Bu planın səmimi bir təşəbbüs olduğunu və yalnız israillilər ilə fələstinlilər üçün deyil, bütün bölgə üçün sülhə və sabitliyə aparan real bir yol təqdim etdiyini vurğulamaq istəyirik.” – deyə bəyanatda bildirilib.

Filistin rəsmi agentliyi WAFA-nın yaydığı məlumatda Türkiyə, ABŞ, Qətər, Misir, BƏƏ, Səudiyyə Ərəbistanı, İndoneziya, Pakistan və İordaniyanın dəstək açıqlamasının əhəmiyyəti xüsusi qeyd olunub.

Bəyanatda Qəzza qətnaməsinin “daimi və hərtərəfli atəşkəsin əldə edilməsi, humanitar yardımın maneəsiz çatdırılması, İsrailin Qəzzadan tam şəkildə geri çəkilməsi və bərpa prosesinə dərhal başlanması” baxımından həlledici önəm daşıdığı vurğulanıb.

Sonda, “Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququ və müstəqil Fələstin dövlətinin qurulması zəruridir” ifadəsinə yer verilib və Fələstin rəhbərliyinin “ərazi, xalq və idarəçilik baxımından Qəzza zolağının bütün məsuliyyətini üzərinə götürməyə hazır olduğu” bildirilib.

Məqalədə: #Türkiyə #Qəzza #Qəzza zolağı #BMT #Səudiyyə Ərəbistanı #Pakistan #Misir #Qətər #İndoneziya #İordaniya #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
ArabSport

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı

6 Sentyabr 19:34
Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi

6 Sentyabr 11:30
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
Ərəb turizmi

Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib

6 Sentyabr 10:45

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.