7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Suriya ordusu və YPG arasındakı inteqrasiya sazişindən sonra başlayan hərbi gərginlik səngidi

Dəməşq rəhbərliyi ilə YPG terror təşkilatı arasında əldə olunmuş "Atəşkəs və Tam İnteqrasiya Sazişi" çərçivəsində Suriya ordusunun Fərat çayının şərqinə doğru irəliləməsi nəticəsində yaranan hərbi gərginlik səngiyib. Ötən gün Hasekə vilayəti ətrafında və Ayn əl-Ərabın cənub hissələrində intensivləşən qarşıdurmaların bu gün səhərə yaxın dayandığı bildirilir. Hazırda Suriya ordusunun bölmələri Hasekə şəhərinin girişi də daxil olmaqla cəmi dörd strateji nöqtədə mövqe tutub. Eyni zamanda hərbi birliklər Ayn əl-Ərabın cənubundakı Sırrin qəsəbəsinin girişindəki müdafiə xəttində qərarlaşıblar.

20 Yanvar 2026 13:52
Suriya ordusu və YPG arasındakı inteqrasiya sazişindən sonra başlayan hərbi gərginlik səngidi
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Nailə Babazadə

Dəməşq rəhbərliyi ilə YPG terror təşkilatı arasında əldə olunmuş "Atəşkəs və Tam İnteqrasiya Sazişi" çərçivəsində Suriya ordusunun Fərat çayının şərqinə doğru irəliləməsi nəticəsində yaranan hərbi gərginlik səngiyib.

AzerVoice xəbər verir ki, ötən gün Hasekə vilayəti ətrafında və Ayn əl-Ərabın cənub hissələrində intensivləşən qarşıdurmaların bu gün səhərə yaxın dayandığı bildirilir. Hazırda Suriya ordusunun bölmələri Hasekə şəhərinin girişi də daxil olmaqla cəmi dörd strateji nöqtədə mövqe tutub. Eyni zamanda hərbi birliklər Ayn əl-Ərabın cənubundakı Sırrin qəsəbəsinin girişindəki müdafiə xəttində qərarlaşıblar.

Rəqqa şəhər mərkəzinin şimalında yerləşən Aktan həbsxanasına nəzarəti ələ keçirmək istəyən hökumət qüvvələri ilə YPG və devrilmiş rejim qalıqları arasındakı toqquşmalar da yerini sakitliyə buraxıb. Dəməşq rəhbərliyi ilə YPG arasında 18 yanvarda əldə olunmuş razılaşmaya əsasən, terror təşkilatının nəzarətində olan Hasekə vilayətindəki bütün mülki qurumların Suriya dövlətinin idari strukturlarına qatılması prosesinə start verilib. Ordu birliklərinin bölgəyə hərbi qüvvə və texnika daşımağa davam etdiyi bir vaxtda, sazişin digər şərtlərinin icrası da diqqət mərkəzindədir.

Razılaşmaya görə, Ayn əl-Ərab bölgəsindən bütün ağır hərbi texnika və silahlılar tamamilə çıxarılmalı, şəhərin təhlükəsizliyi isə yerli sakinlərindən ibarət yeni qüvvələrə həvalə edilməlidir. Bu çərçivədə həmçinin inzibati cəhətdən Suriya Daxili İşlər Nazirliyinə tabe olan yerli polis təşkilatının yaradılması planlaşdırılır. Hazırda bölgədə atəşkəs rejiminə böyük ölçüdə riayət olunur və tərəflər sazişdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər.

Məqalədə: #YPG #Suriya #PKK/YPG #Suriya xəbərləri #Suriya münaqişəsi #PKK/YPG və Suriya #Suriya siyasi həll #Silahlı qruplar və Suriya #Suriya daxili siyasət #YPG terrorçuları #PKK və YPG hədəfləri #Suriya hökuməti #YPG və PKK Suriyada #YPG-nin Suriya hökuməti ilə razılaşması #PKK və YPG ilə bağlı suallar İmralıda birbaşa Öcalan-a yönəldildi #YPG Suriya fəaliyyəti #PKK/YPG bans events marking Assad ouster anniversary #YPG/PKK-nın Hələbdə mülki ərazilərə hücumu #YPG/PKK-nın Hələbdə hücumları nəticəsində mülki itkilər qeydə alınıb

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

5 Sentyabr 03:00
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

4 Sentyabr 15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriya

Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb

4 Sentyabr 14:20
İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

4 Sentyabr 13:52

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.