8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Amerika şirkətləri Trampın tarifləri fonunda daxili xərclərini azaltmağa başlayıblar

28 Aprel 2025 14:16
Amerika şirkətləri Trampın tarifləri fonunda daxili xərclərini azaltmağa başlayıblar

BAKI, AzerVoice

Amerikanın böyük şirkətləri ABŞ prezidenti Donald Trampın ticarət siyasəti və tətbiq etdiyi idxal rüsumları səbəbindən yaranan qeyri-müəyyənlik üzündən daxili xərclərini azaltmağa və vacib maliyyə qərarlarını təxirə salmağa başlayıblar.

AzerVoice xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.

Məlumata görə, şirkətlər ilk növbədə yeni işçilərin işə qəbulunda qənaət etməyə, vakant yerləri boş saxlamağa, işçilərin ezamiyyətlərini ləğv etməyə və xarici məsləhətçi və podratçılarla müqavilə xərclərini yenidən nəzərdən keçirməyə çalışırlar. Bununla belə, böyük firmalar rəqabət qabiliyyətlərinə zərər verə biləcək radikal ixtisarlardan qaçır və daha ehtiyatlı tədbirlərə üstünlük verirlər.

WSJ-nin apardığı sorğu zamanı menecerlər qeyd ediblər ki, Trampın siyasətinin yaratdığı qeyri-müəyyənlik tədarük zəncirlərini və xərc strukturlarını yenidən qurmağa imkan vermir, çünki rüsumlarla bağlı qərarlar dəfələrlə dəyişə bilər. Belə vəziyyətdə korporasiyalar artıq indidən bəzi xərcləri azaltmağa çalışır ki, gələcəkdə idxal tarifləri ilə bağlı vəziyyətə uyğun çevik addımlar ata bilsinlər.

Məlumata görə, tibb avadanlıqları istehsalçısı Boston Scientific şirkəti nümayəndəlik xərclərini, o cümlədən ezamiyyətlə bağlı xərcləri azaltmağa başlayıb. ABŞ-ın şərqində fəaliyyət göstərən dəmiryolu operatoru Norfolk Southern müxtəlif hüquqi və maliyyə firmalarından alınan xərclərini azaltmaq istiqamətində işə başlayıb. "Procter & Gamble" şirkətinin maliyyə direktoru Andre Şulten də bildirib ki, şirkət idxal rüsumlarının xərclər strukturu üzərindəki təsirini azaltmaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə məcbur olacaq.

Bəzi şirkətlər kapital xərclərinin optimallaşdırılması ilə də məşğul olmağa başlayıblar. Belə ki, kimya sənayesi nəhəngi Dow Chemical Kanadada yeni etilen zavodunun tikintisinə başlamağı təxirə salıb və Almaniya ilə Böyük Britaniyadakı zavodların inkişaf planlarını yenidən nəzərdən keçirməyə qərar verib. Oyunqaq istehsalçısı Hasbro da uzunmüddətli xərclərin azaldılması planını sürətləndirəcək və bu il 225 milyon dollar qənaət etməyi planlaşdırır.

Öz növbəsində IBM və PepsiCo nümayəndələri də bildiriblər ki, onlar xərclərinə nəzarəti sərtləşdirməyi planlaşdırırlar, lakin hansı xərclərin azaldılacağı barədə ətraflı məlumat verməyiblər.

Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və əraziyə qarşı yeni gömrük rüsumlarının tətbiq olunduğunu elan edib. Ümumi 10 faizlik tariflər aprelin 5-də qüvvəyə minib, fərdi tariflər isə aprelin 9-da tətbiq edilib. Eyni zamanda Tramp aprelin 9-da bəzi ölkə və ərazilərə qarşı qarşılıqlı prinsip əsasında tətbiq olunmuş əlavə gömrük rüsumlarının 90 gün müddətinə təxirə salındığını bildirib. Ağ Ev bu qərarın ticarət danışıqları aparıldığı üçün verildiyini və bu müddətdə 10 faizlik ümumi tarifin qüvvədə qalacağını bildirib.

Məqalədə: #ticarət #Trampın tarifləri #ABŞ-ın tarif siyasəti və ticarət gərginliyi #rüsumlar #rüsum #tarif #tariflər #Tarif siyasəti

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan

Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır

09:15
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
16:48
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
16:42
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
16:28
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
16:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.