7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Türkiyə və Yunanıstan arasındakı nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq üçün ikinci avtomobil yolu sərhəd keçid körpüsü tikiləcək - Uraloğlu

11 Dekabr 2023 06:00
Türkiyə və Yunanıstan arasındakı nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq üçün ikinci avtomobil yolu sərhəd keçid körpüsü tikiləcək - Uraloğlu

Bakı. AzerPress:

Türkiyə və Yunanıstan arasındakı nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq üçün İpsala-Kipi Sıbır bölgəsində ikinci avtomobil yolu sərhəd-keçid körpüsü tikiləcək.

AzerPress-in məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

"Türkiyə-Yunanıstan əlaqələrində açılan yeni səhifə qarşılıqlı investisiyalarla daha da sürətlənəcək. Meriç çayı üzərindəki mövcud İpsala-Kipi körpüsü 1958-ci ildə inşa edilib, körpüdə heç bir struktur problemi yoxdur, lakin artan ağır nəqliyyat vasitələri və istifadənin intensivləşməsi səbəbindən körpü istifadəyə yararsızdır. Meriç çayı üzərindəki 65 illik körpü hazırkı ehtiyacı ödəyə bilmədiyi üçün bölgədə ikinci körpü tikiləcək",- deyə nazir bildirib.

Abdulkadir Uraloğlu, körpü layihəsi ilə bağlı təfərrüatları da açıqlayıb.

"Körpünün göyərtəsinin dibi ilə çay səthi arasındakı hündürlük 10 metr olacaq. Körpü tək göyərtədə 2x2 zolaqlı olaraq layihələndirilib. Körpünün tikintisi üzrə tender, Yunanıstan və Türkiyə tərəfi üçün ayrı-ayrı veriləcək. Həm Yunanıstan, həm də Türkiyə tərəfinə nəzarət etmək üçün birgə yoxlama qrupu yaradılacaq",- deyə Uraloğlu vurğulayıb.

Xatırladaq ki, 7 dekabr tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Beşinci iclasında iştirak etmək üçün Afinaya rəsmi səfər edib. İclas çərçivəsində Türkiyə ilə Yunanıstan arasında təhsil, enerji, nəqliyyat, turizm və ticarət sahələrində razılaşmalar, anlaşma memorandumları və bəyannamələr imzalanıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Məqalədə: #Türkiyə #Yunanıstan #Abdulkadir Uraloğlu

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.