7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-ın vitse-prezidenti Vens və xüsusi elçisi Uitkof İsrailə səfər edəcək - Trampın Qəzza planı gündəmdə

ABŞ-ın vitse-prezidenti C.D. Vens və xüsusi elçisi Stiv Uitkof bazar ertəsi İsrailə səfər edəcəklər. Səfərin məqsədi ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı sülh planının həyata keçirilməsi və prosesdə əldə olunan irəliləyişlərin müzakirəsidir.

18 Oktyabr 2025 18:20
ABŞ-ın vitse-prezidenti Vens və xüsusi elçisi Uitkof İsrailə səfər edəcək - Trampın Qəzza planı gündəmdə

BAKI, AzerVoice, Orxan Qədirzadə

ABŞ-ın vitse-prezidenti C.D. Vens və xüsusi elçisi Stiv Uitkof bazar ertəsi İsrailə səfər edəcəklər.

AzerVoice xəbər verir ki, səfərin məqsədi ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı sülh planının həyata keçirilməsi və prosesdə əldə olunan irəliləyişlərin müzakirəsidir.

Məlumata görə, Vens səfər zamanı Qəzzada həlak olmuş israilli girovların cəsədlərinin qaytarılması və müharibənin tam dayandırılması məsələlərini müzakirə edəcək.

Gündəliyə, həmçinin Trampın sülh planının ikinci mərhələsi – “HƏMAS”ın silahsızlaşdırılması və Qəzzada yeni müvəqqəti idarəetmə strukturunun yaradılması da daxildir.

İsrailin Yedioth Ahronoth qəzetinin internet nəşri Ynet yazır ki, Uitkof və Vensin səfəri atəşkəsin qorunması və qalan girovların azad edilməsini təmin etmək məqsədilə ABŞ-ın davam edən diplomatik səylərinin bir hissəsidir.

Digər tərəfdən, “HƏMAS” hərəkatı cümə günü vasitəçilərə atəşkəs sazişinin növbəti mərhələlərinin icrasını sürətləndirmək çağırışı edib. Bu mərhələlərə sərhədlərin yenidən açılması, humanitar yardımların buraxılması, bərpa işlərinə başlanması və İsrail qüvvələrinin tam geri çəkilməsi daxildir. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Qəzzada döyüşlər əsasən Trampın planı çərçivəsində dayandırılıb. Plan Misir, Qətər və Türkiyə tərəfindən dəstəklənib və bu ölkələr vasitəçilik prosesində fəal iştirak ediblər. Lakin növbəti addımların icrası bir sıra səbəblərdən, o cümlədən İsrailin “HƏMAS”ı girov cəsədlərinin təhvilində yubanmaqda ittiham etməsi səbəbindən ləngiyir.

İsrail cümə axşamı bəyan edib ki, Rəfəh sərhəd-keçid məntəqəsini yenidən açmağa hazırlaşır, lakin dəqiq tarix göstərilməyib.

Tərəflər atəşkəsin pozulması ilə bağlı qarşılıqlı ittihamları davam etdirirlər.

Tramp planının hələ də müzakirə olunan elementləri sırasında “HƏMAS”ın silahsızlaşdırılması və Qəzzanın gələcək idarəetmə modeli yer alır. “HƏMAS” hərəkatı isə atəşkəsə sadiq qaldığını və bütün qalan girovların cəsədlərinin təhvil veriləcəyini bildirib, lakin bu prosesin bir qədər vaxt ala biləcəyini qeyd edib.

Məqalədə: #İsrail #Fələstin #ABŞ #Misir #Donald Tramp #HƏMAS #Əbdülfəttah əs-Sisi #Əl-Qəssam Briqadaları #Qəzza münaqişəsi #Donald Tramp və Qəzza planı #Stiv Uitkoff #Cey Di Vens #İsrail və Qəzza münaqişəsi #ABŞ-ın Yaxın Şərq siyasəti #Yaxın Şərq Sülh Sammiti

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
Fələstin

Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir

13:35
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09

Son Xəbərlər

Əbu-Dabi Kitab Sərgisində ilk dəfə görkəmli əmirlikli şəxsə xüsusi mükafat veriləcək
Əbu-Dabi Kitab Sərgisində ilk dəfə görkəmli əmirlikli şəxsə xüsusi mükafat veriləcək
15:05
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
14:52
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
14:32
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
14:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.