7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Türkiyə Naxçıvana təbii qaz nəqlinə başladı

5 Mart 2025 11:14
Türkiyə Naxçıvana təbii qaz nəqlinə başladı

BAKI, AzerVoice

Türkiyə və Azərbaycan arasında enerji əməkdaşlığının mühüm hissəsi olan İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin bu gün açılış mərasimi keçiriləcək və qaz axını başlayacaq.

AzerVoice xəbər verir ki, layihənin təməli 25 sentyabr 2023-cü ildə Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulmuşdu.

Türkiyə hissəsi 85 kilometr uzunluğunda olan bu boru xətti tamamlandıqda, illik 500 milyon kubmetr qaz nəql etmə gücünə sahib olacaq və 500 min nəfərlik Naxçıvan əhalisinin təbii qaz tələbatını tam ödəyəcək.

Mərasimdə Ərdoğan və prezident İlham Əliyevin iştirakı ilə boru kəməri vasitəsilə qaz axınının rəsmi başlanğıcı veriləcək.

Beləliklə, “Türk qapısı” kimi xarakterizə edilən Naxçıvanın enerji təchizatının təhlükəsizliyi Türkiyənin dəstəyi ilə təmin ediləcək.

Xatırladaqki, Azərbaycan Naxçıvanın qaz təchizatının sabitliyini təmin etmək üçün 2020-ci ilin dekabr ayında Türkiyə ilə İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin inşasına dair xoşməramlı saziş imzalamışdı. Layihə çərçivəsində Şərqi Anadolu Təbii Qaz Magistral Ötürücü Xəttindən çıxan İğdır Təbii Qaz Boru Kəmərinin davamı olaraq Naxçıvana 85 kilometrlik yeni boru xətti çəkilib.

Bu kəmər Bakı-Tbilisi-Ərzurum və Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi (TANAP) kimi strateji enerji layihələrindən sonra Türkiyə və Azərbaycanın birlikdə reallaşdırdığı üçüncü böyük təbii qaz boru kəməri olacaq.

“Bu layihə həm Naxçıvanın enerji təhlükəsizliyini artıracaq, həm də Türkiyə ilə Azərbaycanın enerji sahəsində əməkdaşlığını yeni mərhələyə daşıyacaq”, – deyə ekspertlər bildirirlər.

Məqalədə: #Türkiyə #Azərbaycan #TANAP #qaz hasilatı #Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri #İğdır-Naxçıvan Təbii Qaz Boru Kəməri #Türkiyə və Azərbaycan enerji əməkdaşlığı #Şərqi Anadolu Təbii Qaz Magistralı #Naxçıvanın qaz asılılığının azaldılması

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.