8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

“Gələcək bacarıqlar 4.0: Gələcəyin sənayesi üçün universitetlərin potensialının qurulması” layihəsinin təqdimatı keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Koreya-Azərbaycan Məzunlar Assosiasiyasının tərəfdaşlığı ilə “Gələcək bacarıqlar 4.0: Gələcəyin sənayesi üçün universitetlərin potensialının qurulması” layihəsinin icrası ilə bağlı təqdimat keçirilib.

25 Sentyabr 2025 13:52
“Gələcək bacarıqlar 4.0: Gələcəyin sənayesi üçün universitetlərin potensialının qurulması” layihəsinin təqdimatı keçirilib

Bakı. AzerVoice

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Koreya-Azərbaycan Məzunlar Assosiasiyasının tərəfdaşlığı ilə “Gələcək bacarıqlar 4.0: Gələcəyin sənayesi üçün universitetlərin potensialının qurulması” layihəsinin icrası ilə bağlı təqdimat keçirilib.

AzerVoice xəbər verir ki, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA Azərbaycan) maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi sənaye 4.0 çağırışlarına müvafiq olaraq universitetlərin tədris proqramlarını sənayenin inkişaf dinamikasına uyğunlaşdırılmasına dəstək vermək, bununla da akademik təlimlə əmək bazarının tələbləri arasında daha güclü əlaqə yaratmaqdır.

Vorkşopda KOİCA Təqaüd Proqramının məzunu, layihənin rəhbəri Gülminə Məlikzadə tərəfindən hazırlanmış “Təlimat kitabçası” tədbir iştirakçılarına təqdim olunub.

Tədbirdə KOİCA-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Hvanq Sulim, Cənubi Koreya Respublikasının Azərbaycan səfirliyinin konsulu Kim Çanqsu, Koreya-Azərbaycan Məzunlar Assosiasiyasının rəhbəri Emil İskəndərov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İctimaiyyətlə əlaqələr və Marketinq Mərkəzinin direktoru İsa Muradov, müxtəlif universitetlər və sənaye sektorlarından ekspertlər, tələbələr və beynəlxalq tərəfdaşlar iştirak ediblər.

İştirakçılar layihənin əsas istiqamətləri barədə məlumatlandırılıb və sənaye müəssisələrinin nümayəndələri, universitetlər və tələbələrin iştirakı ilə keçirilmiş sorğuların nəticələrinə dair hesabatla tanış olublar.

Bu təşəbbüs universitetlərdə 4-cü sənaye inqilabı texnologiyaları üzrə praktiki və kompetensiyaya əsaslanan tədris çərçivələrinin tətbiq edilməsi və tələbələrin praktiki bilik və bacarıqlarını inkişaf etdirməyi hədəfləyir.

“Gələcək bacarıqlar 4.0: Gələcəyin sənayesi üçün universitetlərin potensialının qurulması” layihəsinin təqdimatı keçirilib “Gələcək bacarıqlar 4.0: Gələcəyin sənayesi üçün universitetlərin potensialının qurulması” layihəsinin təqdimatı keçirilib “Gələcək bacarıqlar 4.0: Gələcəyin sənayesi üçün universitetlərin potensialının qurulması” layihəsinin təqdimatı keçirilib “Gələcək bacarıqlar 4.0: Gələcəyin sənayesi üçün universitetlərin potensialının qurulması” layihəsinin təqdimatı keçirilib
Məqalədə: #Azərbaycan #Cənubi Koreya #İqtisadiyyat Nazirliyi #AZMİU #Koreya

Mövzu üzrə digər xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

15:29
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

10:22
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
Texnologiya

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir

7 Sentyabr 19:50

Son Xəbərlər

Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
16:48
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
16:42
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
16:28
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
16:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.