7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bakıda “Çanaqqala döyüşləri: Cəbhədən fotolarla” sərgisi açılıb

Oktyabrın 22-də Azərbaycan İstiqlal Muzeyində Çanaqqala döyüşlərinin 110 illiyinə həsr olunmuş “Cəbhədən fotolarla: Çanaqqala döyüşləri” adlı fotosərgi və panel keçirilib. Tədbir Azərbaycan və Türkiyə Mədəniyyət Nazirliklərinin, Bakı Yunus Əmrə İnstitutu və İstiqlal Muzeyinin birgə təşkilatçılığı, Türkiyənin Bakıdakı səfirliyinin və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə reallaşıb.

22 Oktyabr 2025 17:34
Bakıda “Çanaqqala döyüşləri: Cəbhədən fotolarla” sərgisi açılıb

BAKI,AzerVoice

Oktyabrın 22-də Azərbaycan İstiqlal Muzeyində Çanaqqala döyüşlərinin 110 illiyinə həsr olunmuş “Cəbhədən fotolarla: Çanaqqala döyüşləri” adlı fotosərgi və panel keçirilib.

AzerVoice xəbər verir ki, tədbir Azərbaycan və Türkiyə Mədəniyyət Nazirliklərinin, Bakı Yunus Əmrə İnstitutu və İstiqlal Muzeyinin birgə təşkilatçılığı, Türkiyənin Bakıdakı səfirliyinin və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə reallaşıb.

Açılış mərasimi Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin anılması ilə başlayıb. Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkiyənin səfiri Birol Akgün və digər rəsmilər iştirak ediblər.

Tədbirin panel hissəsində tarixçi Firdovsiyyə Əhmədova və Yusuf Kartal Çanaqqala döyüşlərinin tarixi və strateji əhəmiyyətindən bəhs ediblər. Daha sonra qonaqlar arxiv materiallarından ibarət “Cəbhədən fotolarla: Çanaqqala döyüşləri” sərgisi və “Çanaqqala Döyüşləri” mobil muzeyi ilə tanış olublar.

Sərgidə və mobil muzeydə döyüşlərin gedişini, əsgərlərin qəhrəmanlığını əks etdirən fotoşəkillər, sənədlər və eksponatlar nümayiş olunur. Ekspozisiya oktyabrın 25-dək ziyarətçilər üçün açıq olacaq.

Bakıda “Çanaqqala döyüşləri: Cəbhədən fotolarla” sərgisi açılıb Bakıda “Çanaqqala döyüşləri: Cəbhədən fotolarla” sərgisi açılıb Bakıda “Çanaqqala döyüşləri: Cəbhədən fotolarla” sərgisi açılıb
Məqalədə: #Türkiyə #Azərbaycan #Bakı #Çanaqqala #Azərbaycan İstiqlal Muzeyi

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.