Türkiyə kəşfiyyatı ABŞ-İran atəşkəsi üçün hərəkətə keçib
MİT rəhbərliyi ABŞ-İsrail və İran arasındakı hərbi münaqişənin dayandırılması və atəşkəs prosesinin asanlaşdırılması məqsədilə genişmiqyaslı diplomatik fəaliyyətə başlayıb. MİT münaqişənin daha geniş bölgəyə yayılmasının qarşısını almaq üçün bütün müvafiq qurumlarla koordinasiyalı şəkildə aktiv səylər göstərir.
ABŞ səfiri İranın nüvə obyektlərini yenidən bərpa etməyə çalışdığını bildirib
ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi İran rəhbərliyinin ABŞ ordusunun iyun ayında Fordo nüvə obyektinə endirdiyi zərbənin “lazımi mesajını tam şəkildə almadığını” bildirib. Hakabi bu fikirləri İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutuna verdiyi müsahibədə səsləndirib.
İran BMT Təhlükəsizlik Şurasında ABŞ-ın ittihamlarını rədd etdi
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani ABŞ-ın Təhlükəsizlik Şurasının iclaslarında Tehranla bağlı səsləndirdiyi ittihamları qəti şəkildə rədd edib.
İranın ABŞ-la razılaşma istəyi ciddidir, bölgə isə sabitlikdən uzaqdır – Sudani
İraq Baş naziri Məhəmməd Şiə əs-Sudani bildirib ki, 7 oktyabr hadisələrindən sonra Qəzza, Livan və Suriyada baş verənlər, eləcə də İrana qarşı hücumlar bölgədə yeni güc balansları barədə ehtimalları gündəmə gətirib.
ABŞ zərbələrini dayandırarsa, danışıqlar davam edə bilər - İran XİN
ABŞ İranın nüvə proqramı üzrə danışıqların bərpası halında hərbi güc tətbiq etməyəcəyinə zəmanət verməlidir.
Tramp Yenidən Netanyahu İlə Görüşəcək
ABŞ Prezidenti Donald Tramp, İranla əldə edilən atəşkəsin ardından və Qəzzada atəşkəs danışıqları prosesinin başlanmasından sonra, sabah İsrailin Baş naziri Benyamin Netanyahunuu Vaşinqtonda qəbul edəcək.
Uran zənginləşdirmə texnologiyası bombardmanla məhv edilə bilməz – İran
İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, ölkəsinin nüvə proqramı ilə bağlı ABŞ-la danışıqların tezliklə bərpa olunması ehtimalı azdır.
ABŞ-ın Fordo hücumundan sonra ilk peyk görüntüləri yayımlanıb
ABŞ-ın İranın Fordo şəhərində yerləşən yeraltı nüvə obyektinə endirdiyi hava hücumundan sonra əldə edilən yeni peyk görüntüləri bölgədə genişmiqyaslı bərpa işlərinin aparıldığını göstərir.
Tramp İrana qarşı güc tətbiqini istisna etməyib
ABŞ prezidenti Donald Tramp, İranın uranı təhlükəli səviyyədə zənginləşdirdiyinə dair kəşfiyyat məlumatları əldə olunduğu təqdirdə, bu ölkəyə qarşı yeni hava zərbələrinin istisna olmadığını bəyan edib.
ABŞ İranı danışıqlara çəkmək üçün 30 milyard dollar ayıra bilər
ABŞ İrana 30 milyard dollarlıq nüvə yardımı təklif edə bilər.
İsrail-İran müharibəsi: Qısa döyüş, cavabsız suallar
İsrail və İran arasında baş verən müharibədə atəşkəsin elan edilməsi, onun başlanması qədər gözlənilməz və sarsıdıcı oldu.
Yeni dövrün “saxta müharibəsi”: İsrail–İran münasibətlərində kritik dönəm
İsrail ilə İran arasında 10 gündən artıq davam edən toqquşma gözlənilməz addımlarla sürətlə başa çatdı. Ən diqqətçəkən hadisə “Gecəyarısı çəkici” adlı əməliyyat oldu.