İsrail HHQ Livan ərazisinə zərbələr endirib - Ölənlər var
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna hava zərbələri endirib. Zərbələr nəticəsində 4 nəfər həlak olub. Hava hücumu ölkənin Nəbatiyyə vilayətinə bağlı Tayba, Şəba, Yatir və Harayib qəsəbələrini hədəf alıb. İsrail tərəfi hücuma dair hər hansı açıqlama verməyib.
İsrail dronu Livanda qəzaya uğrayıb
Livanın cənubunda qəzaya uğrayan İsrailə məxsus pilotsuz təyyarə yoxlama zamanı partlayaraq iki Livan əsgərinin həlak olmasına səbəb olub.
İsrail ordusu Livan ərazisinə hava zərbələri endirib
İsrail ordusu Livanın cənubundakı Şəkif təpəsi bölgəsində Hizbullaha məxsus hərbi infrastruktur və yeraltı obyektləri hava zərbələri ilə hədəf alıb. Ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, hücumlar bölgədə müşahidə edilən hərbi fəaliyyətlərdən sonra həyata keçirilib. İsrail tərəfi bu obyektlərin mövcudluğunu İsrail–Livan razılaşmalarının pozulması kimi qiymətləndirib.
İsrail ordusu Livanın şərqinə və cənubuna hava zərbələri endirib
Zərbələr ölkənin Bəqaa bölgəsində yerləşən Birital qəsəbəsinin təpəlik ərazilərini, Ayşiyyə, Nasiriyyə, Əl-Hüreybə, Zəhle qəsəbələri ilə Şəra bölgəsini, Əl-Cərmak qəsəbəsinin ətrafını, ölkənin cənubundakı Əl-Mahmudiyyə və Əl-Xardəli bölgələrinə endirilib.
Netanyahunun istədiyi "Yeni Yaxın Şərq” və “İsrail 2.0” Planı nədir?
İsrailin genişlənmə planları təkcə sağçılardan gəlmir, həm də təhlükəsizlik orqanlarından qaynaqlanır və siyasi rəhbərlik tərəfindən də aktiv dəstəklənir.