4 200-dən çox israilli Əl-Əqsa məscidi kompleksinə daxil olub
Fələstin rəsmiləri bildiriblər ki, 4 200-dən çox israilli Əl-Əqsa məscidi kompleksinə daxil olub. Hadisə yəhudilərin Tişa BeAv matəm günü ilə əlaqədar baş verib. Gün ərzində kompleksə daxil olanların sayı əvvəlki göstərici ilə müqayisədə xeyli artıb. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir də əraziyə səfər edib. Əl-Əqsa kompleksi həm müsəlmanlar, həm də yəhudilər üçün müqəddəs məkan hesab olunur. Bu ərazi uzun müddətdir tərəflər arasında gərginlik ocağı kimi qalır. Hadisə ilə bağlı əlavə rəsmi məlumat verilməyib.
Ben-Qvir: İsrail Trampa da “yox” deyə bilər, Livan atəşkəsi qəbul edilməməlidir
İtamar Ben-Qvir İsrailin ABŞ Prezidenti Trampın çağırışlarını belə rədd edə biləcəyini deyib. O, Livanla bağlı atəşkəsi qəti şəkildə istisna edib. Nazir sağçı hökumətin seçkilərdən sonra da qala biləcəyini bildirib. Açıqlama daxili siyasi gərginlik fonunda verilib.
Abbas Əraqçi: İsrailin yeganə marağı daimi müharibədir
İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Livanla bağlı açıqlamalarına sərt reaksiya verib. Əraqçi bildirib ki, Livanın "yanmalı olduğu" barədə səsləndirilən fikirlər adi bir şəxsin deyil, İsrail hakimiyyətini təmsil edən yüksək vəzifəli bir rəsmisinin mövqeyidir. O vurğulayıb ki, bu cür bəyanatlar bölgədəki vəziyyəti daha da gərginləşdirir. İranlı nazir İsraili davamlı qarşıdurma siyasəti aparmaqda ittiham edib. Əraqçinin sözlərinə görə, İsrail rəhbərliyi yalnız müharibənin davam etməsində maraqlıdır. O, bu siyasətin bütün insanlıq üçün təhlükə yaratdığını bildirib. Nazir hesab edir ki, bölgədə gərginliyin artması yeni münaqişələrə səbəb ola bilər. Əraqçinin açıqlaması İran və İsrail arasında davam edən siyasi qarşıdurmanın növbəti mərhələsi kimi qiymətləndirilir.
Netanyahu Trampı nazirlərindən qorumağa çalışır
İsrailin Baş naziri Binyamin Netanyahu hökumət üzvlərinin ABŞ Prezidenti Donald Tramp və Vaşinqtonun İranla əldə etdiyi razılaşma barədə səsləndirdiyi tənqidi fikirlərin onun şəxsi mövqeyini əks etdirmədiyini amerikalı tərəfdaşlara çatdırmağa çalışır. Məlumata görə, Netanyahu son günlər Ağ Evlə münasibətlərdə yaranan gərginliyi azaltmaq üçün bir sıra addımlar atır. Baş nazir israilli nazirlərin sosial şəbəkələrdə paylaşdıqları və ABŞ-İran razılaşmasını, eləcə də Donald Trampı hədəf alan açıqlamalarına münasibət bildirərək, həmin fikirlərin hökumət rəhbərinin rəsmi mövqeyi ilə üst-üstə düşmədiyini izah etməyə çalışıb.
Avropa İttifaqı niyə Ben-Qvirə qarşı ortaq qərar qəbul edə bilmədi?
Avropa İttifaqı ölkələri İtamar Ben-Qvirə qarşı sanksiyaların tətbiqi ilə bağlı ortaq mövqe formalaşdıra bilməyib. Bu barədə Kaya Kallas məlumat verib. Onun sözlərinə görə, bəzi üzv dövlətlər sanksiyaların tətbiqini dəstəkləsə də, yekdil qərar qəbul olunmayıb. Məsələ Qəzzaya humanitar yardım aparmağa çalışan fəallarla bağlı hadisələrdən sonra gündəmə gəlib. Qərb ölkələri Ben-Qvirin paylaşdığı görüntüləri tənqid edib. Fəallar təhlükəsizlik qüvvələrinin zorakılığı ilə üzləşdiklərini bildiriblər. Fransa artıq Ben-Qvirin ölkəyə girişini qadağan edib. İtaliyada isə onun fəaliyyəti ilə bağlı araşdırma aparılır.
Fransa İtamar Ben-Qvir səbəbilə İsrail nümayəndələrinə qadağa qoydu
Fransa İsrail hökumət nümayəndələrinin Parisdə keçiriləcək Eurosatory müdafiə sərgisində iştirakını qadağan edib. Həmçinin İsrail silah istehsalçıları yalnız hava müdafiəsi məhsullarını təqdim edə biləcək, hücum silahları sərgidə nümayiş etdirilə bilməyəcək. Qadağa, sağçı İsrail Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin oğurlanmış fəallara münasibəti ilə bağlı videonun yayımlanmasından sonra verilmişdir və qərar həm siyasi, həm də diplomatik əhəmiyyət daşıyır.
İtaliya Ben-Qvirə qarşı Aİ sanksiyaları tələb edib
İtaliya İsrailin ifrat sağçı naziri İtamar Ben-Qvirə qarşı Avropa İttifaqının sanksiyalar tətbiq etməsini tələb edib. Bu addım, Ben-Qvirin Qəzzaya doğru hərəkət edən “Global Sumud Flotilla” fəallarını əlləri bağlı, diz çökmüş və başları yerə əyilmiş vəziyyətdə göstərən görüntüləri paylaşması ilə bağlıdır. İtaliyanın xarici işlər naziri Antonio Tayani vurğulayıb ki, bu tələb flotiliyaya qarşı törədilmiş qəbuledilməz hərəkətlər, beynəlxalq sularda fəalların zorla saxlanması və onların ən fundamental insan hüquqlarının pozulması səbəbindən irəli sürülüb.
Polşa XİN-i Ben-Qvirin ölkəyə girişinə qadağa qoyulmasını istəyib
Polşanın xarici işlər naziri Ben-Qvirin ölkəyə girişinə qadağa qoyulması üçün Daxili İşlər Nazirliyinə rəsmi müraciət edib. Bu addım İsrailin ifrat sağçı naziri Ben-Qvirin fəaliyyətləri və Qəzza flotiliyası fəallarının Varşavada saxlanması ilə bağlı yaranan narazılıq kontekstində atılıb. Nazirliyin sözçüsü vurğulayıb ki, bu qərar Ben-Qvirin ölkəyə girməsinin qarşısını almaq və Polşanın daxili və xarici siyasət maraqlarını qorumaq məqsədini daşıyır.
İsrail baş naziri təxribatçıların tez deportasiyasını tələb edir
İsrailin baş naziri Benyamin Netanyahu Qəzzaya yönələn flotiliyanın iştirakçılarının mümkün qədər tez deportasiya edilməsi üçün göstəriş verdiyini açıqlayıb. Netanyahu flotilaları dayandırmaq üçün “tam hüquqa malik olduğunu” iddia etsə də, onun ifrat sağçı müttəfiqi İtamar Ben-Qvirin fəallarla rəftarı barədə “İsrailin dəyərlərinə və normalarına uyğun olmadığını” bildirib. Netanyahu qeyd edib: “Mən müvafiq qurumlara təxribatçıların mümkün qədər tez deportasiya olunması barədə göstəriş vermişəm.”
Türkiyə İsrail nazirinin Əl-Əqsa Məscidinə təşkil etdiyi basqını pisləyib
Türkiyə Xarici İşlər Nazirliyi İsrailli nazirin bir qrup məskunlaşan şəxslə birlikdə Əl-Əqsa Məscidinə daxil olmasını sərt şəkildə qınayan bəyanat yayıb. Müsəlmanlar üçün müqəddəs məkan olan Əl-Əqsa Məscidinin tarixi və hüquqi statusunu pozan bu cür hərəkətlərin regionda gərginliyi və qeyri-sabitliyi daha da dərinləşdirmə riski daşıdığı bildirilib.
Məscid-i Əqsa 41 günlük qadağadan sonra ibadətə açıldı
İşğal altındakı Şərqi Qüdsdə yerləşən müsəlmanların ilk qibləsi Məscid-i Əqsa 41 günlük tam qadağadan sonra yenidən ibadətə açılıb. 28 fevral tarixindən – ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı gündən bəri bağlı qalan müqəddəs məkanda ilk süph namazı qılınıb.
Türkiyəli aktyorun paylaşımı İsrail hökumətində gərginlik yaradıb
Məşhur türkiyəli aktyor Görkem Sevindiyin fələstinli məhbuslarla bağlı paylaşımı İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin sərt reaksiyasına səbəb olub. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, "Eşref Rüya" serialında canlandırdığı "Kadir baba" obrazı ilə İsraildə böyük populyarlıq qazanan aktyor Görkem Sevindiyi hədəf alıb. Nazir sosial şəbəkələrdə yayılan video müraciətində aktyora xitabən: "Bəlkə sən türk serialında yaşayırsan, amma biz burada, İsraildə yaşayırıq. Terrorçular üçün ölüm", – deyə bildirib.