Bakı. AzerVoice:
İstanbulda kilsəyə silahlı hücum edən iki nəfərdən biri saxlanılıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edək ki, hadisə bu gün yerli vaxtla saat 11:40 radələrində İstanbulda yerləşən “Santa Mariya” kilsəsində bazar ibadəti zamanı baş verib. Maskalı iki şəxs tərəfindən açılan atəş nəticəsində kilsə işçisi olan 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşı ölüb.