6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Türkmənistan və Türkiyə Ortaq Türkmən-Türk Məktəbi yaradacaq

7 May 2025 10:19
Türkmənistan və Türkiyə Ortaq Türkmən-Türk Məktəbi yaradacaq

BAKI,AzerVoice

Türkiyə Cümhuriyyəti və Türkmənistan hökümətləri arasında Aşqabadda “Ortak Türkmen-Türk Ümumi Təhsil Məktəbinə dair Anlaşma Memorandumu” imzalanıb.

AzerVoice xəbər verir ki, anlaşma 6 may 2025-ci il tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənərək rəsmi qəzetdə dərc olunub.

Anlaşmaya əsasən, Aşqabadda fəaliyyət göstərəcək məktəb Türkmənistanda yaşayan Türkiyə vətəndaşlarının, eləcə də boş yerlər olduğu təqdirdə xarici ölkə nümayəndəliklərinin əməkdaşları və iş adamlarının məktəb yaşlı uşaqları üçün təhsil imkanı yaradacaq.

Türkmənistan vətəndaşı olan uşaqların məktəbə qəbulu isə Türkmənistan Təhsil Nazirliyinin razılığı ilə müəyyənləşəcək və müsahibə yolu ilə həyata keçiriləcək. Məktəb Türkiyə təhsil sistemi əsasında ana sinfi (1 il), ibtidai məktəb (4 il), orta məktəb (4 il) və Anadolu Liseyi (4 il) səviyyələrində təhsil təklif edəcək.

Məktəbin maddi-texniki bazası, o cümlədən bina, avadanlıq və digər ehtiyaclar Türkiyə və Türkmənistan tərəfləri tərəfindən birgə təmin ediləcək. Gündəlik xərclərin 50 faizi Türkiyə, 50 faizi isə Türkmənistan tərəfindən ödəniləcək. Türkiyə tərəfindən ayrılan maliyyə vəsaitləri məktəbin hesabına köçürüləcək və Türkiyə qanunvericiliyinə uyğun idarə olunacaq. Məktəbin idarəetməsi Türkiyə Milli Təhsil Nazirliyi və Türkmənistan Təhsil Nazirliyinin razılığı ilə həyata keçiriləcək. Türkiyə tərəfindən təyin olunan direktor və müəllimlərin maaşları Türkiyə, Türkmənistan tərəfindən təyin olunanların maaşları isə Türkmənistan tərəfindən ödəniləcək.

Məktəbdə təhsil Türkiyə Milli Təhsil Nazirliyinin tədris proqramlarına əsaslanacaq, lakin Türkmənistan Təhsil Nazirliyinin razılığı ilə Türkmənistana aid dərslər kurrikuluma əlavə ediləcək. 12-ci sinfi uğurla başa vuran şagirdlərə Türkiyə qanunvericiliyinə uyğun olaraq Anadolu Liseyi diplomu veriləcək. Hər iki ölkə tərəfindən verilən sənədlər (diplom, transkript və s.) qarşılıqlı olaraq tanınacaq.

Sənəd Türkiyə Milli Təhsil Naziri Mahmut Özer və Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini Sapardurdu Toylıyev tərəfindən imzalanıb. Anlaşma hər iki ölkənin təhsil sahəsində əməkdaşlığını gücləndirmək və gənc nəslə keyfiyyətli təhsil təmin etmək məqsədi daşıyır.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Türkmənistan #Türkiyə Milli Təhsil Nazirliyi #Türkiyə və Türkmənistan əlaqələri #Türkiyə–Türkmənistan təhsil əməkdaşlığı

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Məclis Körfəz ölkələrinin sosial həyatında mühüm yer tutur
Məclis Körfəz ölkələrinin sosial həyatında mühüm yer tutur
11:31
Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
11:30
Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
11:07
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
11:02
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
11:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.