7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Türk Dünyası yaxın gələcəkdə daha çox söz sahibi olacaq - Numan Kurtulmuş

Qazaxıstanın paytaxtı Astanada keçirilən TÜRKPA-nın 14-cü Baş Assambleyasında çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, Türk Dünyasının yeni imkanlar dövrünə qədəm qoyduğunu bildirib.

12 İyun 2025 17:05
Türk Dünyası yaxın gələcəkdə daha çox söz sahibi olacaq - Numan Kurtulmuş

BAKI, AzerVoice

Türk Dünyası adını getdikcə daha çox tanıdacaq bir dünyadır.

AzerVoice xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada keçirilən TÜRKPA-nın 14-cü Baş Assambleyasında çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, Türk Dünyasının yeni imkanlar dövrünə qədəm qoyduğunu bildirib.

Kurtulmuş, Qazaxıstan parlamentinin spikeri Yerlan Koşanov başda olmaqla, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Qırğızıstan parlamentinin rəhbəri Nurlanbek Turgunbek Uulu və TÜRKPA-nın baş katibi Mehmet Süreyyya Ər ilə birgə çıxış edib.

Kurtulmuş Toplantının təsadüfi seçilmiş bir mövzu ilə deyil, Türk Dünyasının yüksəlişini əks etdirmək məqsədilə keçirildiyini bildirib.

“Dünya düzənində baş verən dəyişikliklər Türk Dünyasının qarşısında yeni imkanlar açır. Orta Asiyadan Avropaya qədər uzanan 300 milyonluq bir coğrafiya artıq toparlanır. Strateji mövqeyi, təbii resursları və təhsilli gənc əhalisi ilə bu bölgə yaxın gələcəkdə daha çox diqqət çəkəcək”- deyə o bildirib.

O, həmçinin vurğulayıb ki, son 30 ildə türkdilli dövlətlər milli kimliklərini mədəni dəyərlər üzərində quraraq sürətli inkişaf yoluna qədəm qoyublar.

Kurtulmuş, TÜRKPA-nın Türk Dünyası arasında əməkdaşlıq və həmrəyliyi göstərən əsas platformalardan biri olduğunu deyərək, parlament diplomatiyasının gələcəkdə daha güclü və məhsuldar olacağına ümid etdiyini qeyd edib.

Sonda Kurtulmuş Türk Dünyasının müasir problemlər qarşısında ədalət, insanlıq və sülhün səsi olaraq irəliləməyə davam edəcəyini bildirib.

Məqalədə: #Türkiyə #Azərbaycan #Qazaxıstan #Numan Kurtulmuş #Türk Dövlətləri Təşkilatı #Astana #Sahibə Qafarova #Türk dünyası #TÜRKPA #Türkiyə Böyük Millət Məclisi (TBMM)

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
11:00
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
10:51
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
10:43
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
10:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.