7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Terrorla mübarizə gecə-gündüz davam edir - Hulusi Akar

28 Fevral 2025 17:07
Terrorla mübarizə gecə-gündüz davam edir - Hulusi Akar

BAKI, AzerVoic

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komitəsinin sədri və AK Partiyanın Kayseri millət vəkili Hulusi Akar, PKK lideri Abdullah Öcalanın təşkilata silahları yerə qoymaqla bağlı etdiyi açıqlamaya reaksiya verib.

AzerVoice xəbər verir ki, Akar bildirib ki, terrorla mübarizədə heç bir güzəşt və ya əfv gündəmdə deyil.

"Burada heç bir güzəşt yoxdur, əfv də müzakirə mövzusu deyil. Hər kəs öz cəzasını çəkəcək. Amma terrorun sona çatması üçün addımlar atılır. Sahədə heç nə dəyişməyib, Mehmetçik onların sığınacaqlarını yerlə-yeksan edib, terrorla mübarizə gecə-gündüz davam edir." - deyə bildirib.

Akar vurğulayıb ki, Türkiyə terroru bitirməkdə qətiyyətlidir və bu məsələ heç bir güzəştlə qarışdırılmamalıdır.

"Bu, terrorçulara güzəşt deyil, şəhidlərimizin qanını unutmaq da deyil. Əksinə, bu mövzuda son dərəcə həssasıq. Cənab Prezidentimiz və Dövlət Bahçeli də bu məsələdə lazımi həssaslığı göstəriblər. Dünən də lazımi açıqlama verildi və terror təşkilatının rəhbəri 'silahları yerə qoyun, təşkilatı buraxın' dedi. Edib-etməmələri öz işləridir. Bizim terrorla mübarizə azmimiz və qətiyyətimiz sarsılmazdır." - deyə vurğulayıb.

Akar həmçinin qeyd edib ki, Türkiyə enerjisini terrorla mübarizəyə yox, ölkənin rifahına yönəltmək istəyir.

"Məqsədimiz terror bəlasına qarşı enerjimizi sərf etməkdən xilas olub, Türkiyənin rifahı və gələcəyi üçün işləməkdir. İnancımız və baxışımızda heç bir dəyişiklik yoxdur. Terrorçu terrorçudur və Türkiyə Respublikası sapasağlam yerində durur. Bundan heç kimin şübhəsi olmasın." - deyə o bildirib.

Türkiyənin terrorla mübarizədə mövqeyinin dəyişməz olduğunu bildirən Akar, bu mübarizənin sonuna qədər davam edəcəyini vurğulayıb.

Məqalədə: #Türkiyə #PKK #Hulusi Akar #Türkiyə Böyük Millət Məclisi (TBMM) #Hulusi Akar PKK açıqlaması #Abdullah Öcalan son açıqlaması #Türkiyənin terrorla mübarizədə son addımları

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30

Son Xəbərlər

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
13:52
İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir
İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir
13:51
Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub
Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub
13:46
İraqda media ekoloji problemlərlə bağlı maarifləndirməni gücləndirəcək
İraqda media ekoloji problemlərlə bağlı maarifləndirməni gücləndirəcək
13:38
Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
13:35
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.