Bakı. VOA:
Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonu sahillərində mühərrik nasazlığı səbəbindən sürüklənən qayıqda olan 18 qeyri-qanuni mühacir sahilə çıxarılıb.
VOA xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığı bildirib.
Bölgəyə istiqamətləndirilən “TCSG-6” qayığının qrupları mühərrik nasazlığı səbəbindən sürüklənən qayıqdan Yəmən və Suriya vətəndaşı olan 18 qeyri-qanuni mühaciri xilas edib.
Gəmidən endirilən əcnəbilər əməliyyatlardan sonra Ayvacık Əcnəbilərin Repatriasiya Mərkəzinə aparılıb.
Hafiz Rufizoğlu