7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

CHP-nin bayrağında dəyişiklik ediləcək

6 Avqust 2024 12:12
CHP-nin bayrağında dəyişiklik ediləcək

Bakı, AzerVoice

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) gerbində Atatürk prinsiplərini və dövlətçiliyi təmsil edən altı oxdan ən uzunu bənövşəyi rəngə boyanacaq.

AzerVoice xəbər verir ki, ətraf mühiti və qadınları simvolizə etmək üçün logoda hazırda qırmızı fon üzərində ağ rəng olan altı oxda iki yeni rəng kimi yaşıl və bənövşəyi rənglərindən istifadə edilməsi nəzərdə tutulub.

Partiyadakı bu dəyişiklik növbəti qurultayda nümayəndələrə də təqdim ediləcək. CHP sədri Özgür Özel tərəfindən gündəmə gətirilən bu dəyişikliyə partiya daxilində hələ ki, qarşı çıxan olmayıb.

CHP logosundakı ən uzun ox dövlətçilik prinsipini, oxun uc hissəsi isə özəl sektoru simvolizə edir.

Belə ki, bayrağın ilkin versiyasında yalnız dövlətçiliyin inkişafını simvolizə edən ox işarəsinə sonradan özəl sektoru da təmsil baxımında detal əlavə edilərək dəyişdirilmişdi. Yeni qərar qəbul ediləcəyi təqdirdə isə, uzun ox bənövşəyi və yaşıl rəngə boyanraq üçüncü dəfə dəyişmiş olacaqdır.

Qeyd edək ki, dünən CHP-nin sözçüsü Deniz Yücel Özgür Özelin açıqlamasına düzəliş edərək , "CHP-nin altı oxdan ibarət olan simvolu partiyamızın müvafiq olaraq "Cümhuriyyətçilik, Milliyyətçilik, Xalqçılıq, Dövlətçilik, Dünyəvilik və İnqilabçılıq"dan ibarət olan prinsiplərini ifadə edir. Partiyamızın bayrağı qırmızı fonun üzərində altı ox olan bayraqdır. Sədrimiz cənab Özgür Özel, "Dövlətçilik" oxunun mənasını izah edərkən, ekologiyaya diqqətli, təbiət dostu və dayanıqlı siyasətə və gender bərabərliyinə sadiqliyimizi vurğulamışdır. Ətraf mühiti təmsil edən yaşıl və kişi və qadın bərabərliyini simvolizə edən bənövşəyi rəng, bizim dövlətçilik anlayışımıza uyğun olaraq simvolizə edilmişdir" deyə bildirib.

CHP-nin bayrağında dəyişiklik ediləcək
Məqalədə: #Türkiyə #CHP #Özgür Özel

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.