6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə hərbi gəmisi TCG BÜYÜKADA Pakistana səfər edəcək

30 Aprel 2025 16:15
Türkiyə hərbi gəmisi TCG BÜYÜKADA Pakistana səfər edəcək

BAKI, AzerVoice

Türkiyə hərbi gəmisi TCG BÜYÜKADA 4-7 may tarixlərində Pakistana səfər edəcək.

AzerVoice xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi TCG BÜYÜKADA hərbi gəmisinin 4-7 may tarixlərində Pakistanın Karaçi limanına səfər edəcəyini açıqlayıb.

Bu barədə nazirliyin sözçüsü, kontr-admiral Zeki Aktürk həftəlik mətbuat brifinqində məlumat verib.

Aktürk bildirib ki, Türkiyə Silahlı Qüvvələri təlim və manevr fəaliyyətlərini fasiləsiz davam etdirir və bu səfər də həmin fəaliyyətlərin bir hissəsidir. Onun sözlərinə görə, “Türk Silahlı Qüvvələrimiz səmərəliliyini və çəkindirici gücünü artırmaq, şəxsi heyətin peşəkarlığını yüksəltmək məqsədilə təlimləri davamlı şəkildə həyata keçirir.”

TCG BÜYÜKADA gəmisi hal-hazırda 17-ci Langkawi Beynəlxalq Dənizçilik, Aviasiya və Kosmos Sərgisi çərçivəsində Malayziyada olub və daha əvvəl 29 aprel – 1 may tarixlərində Oman limanına səfər edib.

Qeyd edək ki, TCG BÜYÜKADA Türkiyənin Asiya-Sakit Okean regionuna ilk korvet ixracı olan Malayziya MİLGEM Korvet Layihəsinin bir hissəsidir. STM-in baş podratçılığı ilə həyata keçirilən “Littoral Mission Ship Batch-II (LMS Batch II)” layihəsi çərçivəsində 2024-cü ildə razılaşmalar imzalanıb və artıq Türkiyədə üç korvetin tikintisinə başlanılıb. Bu gəmilərdə Türkiyə müdafiə sənayesinin istehsalı olan bir çox milli sistemlər istifadə olunacaq.

Pakistanla əməkdaşlıq çərçivəsində isə 2022-ci ilin mayında ASFAT və Pakistan Müdafiə Nazirliyi arasında müqavilə imzalanıb. MİLGEM proqramı əsasında Pakistan Hərbi Dəniz Qüvvələri üçün ümumilikdə 4 ədəd korvet tikilir. Onlardan ikisi İstanbulda, ikisi isə Karaçidə inşa olunur. İlk gəmi – PNS BABUR artıq tamamlanıb. Bu proqram Türkiyənin bu miqyasda ilk dəniz platforması ixracı layihəsi hesab olunur.

Məqalədə: #Türkiyə #Türkiyənin Milli Müdafiə nazirliyi #Pakistan #Türkiyə müdafiə sənayesi #Türkiyə Silahlı Qüvvələri #TCG BÜYÜKADA #TCG BÜYÜKADA Pakistan səfəri #MİLGEM layihəsi #LMS Batch II proqramı #Türkiyənin dəniz platforması ixracı #ASFAT Pakistan müqaviləsi #Karaçi limanı hərbi səfər

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.