8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə miqrantlara qarşı genişmiqyaslı əməliyyat keçirilib

2 May 2025 10:34
Türkiyədə miqrantlara qarşı genişmiqyaslı əməliyyat keçirilib

BAKI, AzerVoice

Türkiyədə qeyri-qanuni miqrantlara qarşı keçirilən əməliyyatda 21 miqrant qaçaqçısı və 547 qeyri-qanuni miqrant saxlanılıb

AzerVoice xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya miqrant qaçaqçılığı və qeyri-qanuni miqrasiyaya qarşı ölkə üzrə həyata keçirilən genişmiqyaslı yoxlamalar nəticəsində 21 qaçaqçının və 547 qeyri-qanuni miqrantın tutulduğunu açıqlayıb.

Nazir sosial media üzərindən verdiyi açıqlamada qeyd edib ki, 420 min 269 şəxsin şəxsiyyət yoxlaması aparılıb.

Yerlikaya bildirib ki, miqrasiya məsələsi təkcə hüquq-mühafizə tədbirləri ilə deyil, həm də insan hüquqları və beynəlxalq dəyərlər çərçivəsində idarə olunur.

Nazir qeyd edib ki, daimi və qeyri-qanuni miqrasiya, könüllü və təhlükəsiz geri dönüş, qaçaqmalçılıqla mübarizə və sərhəd təhlükəsizliyi kimi sahələrdə Türkiyə dünyaya nümunə olacaq bir idarəçilik modeli təqdim edir.

“18 min 650 məntəqədə yoxlamalar aparılıb, 28 min 630 personal və 9 min 152 qrup əməliyyatlara cəlb olunub. Bütün proses Miqrasiya İdarəsi Müdirliyinin koordinasiyası ilə həyata keçirilib,” – deyə Yerlikaya vurğulayıb.

O, bu əməliyyatlarda iştirak edən qubernatorları, təhlükəsizlik və jandarma qüvvələrini, sahil mühafizə və miqrasiya xidmətinin əməkdaşlarını təbrik edib.

Qeyd edək ki, Türkiyə son illərdə qeyri-qanuni miqrasiyaya qarşı sərt tədbirlər görməklə yanaşı, regionda humanitar və hüquqi çərçivədə miqrasiya idarəçiliyini gücləndirmək üçün beynəlxalq səviyyədə əməkdaşlıqları da artırmaqdadır.

Məqalədə: #Türkiyə #Türkiyə Daxili İşlər Nazirliyi #Ali Yerlikaya #qeyri-qanuni immiqrasiya #Qeyri-qanuni miqrantlar #Qeyri-qanuni miqrasiya və qaçaqçılıqla mübarizə

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.