7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ankarada Türkiyə–İndoneziya iqtisadi dialoqu

6 May 2025 10:55
Ankarada Türkiyə–İndoneziya iqtisadi dialoqu

BAKI, AzerVoice

Türkiyə və İndoneziya iqtisadi əlaqələri genişləndirməyə razılaşıb.

AzerVoice xəbər verir ki, Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək, İndoneziyanın maliyyə naziri Sri Mulyani İndrawati ilə Ankara şəhərində görüş keçirib.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, prezident Rəcəb Tayyib Ərdoğan və İndoneziya Prezidenti Prabowo Subianto arasında keçirilmiş “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası” görüşləri çərçivəsində əldə edilən ortaq baxış iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə zəmin yaradıb. Bu istiqamətdə nazir Şimşək və nazir İndrawati arasında baş tutan görüşdə qlobal və regional makroiqtisadi trendlər, eləcə də ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub.

Görüşdə müdafiə sənayesi, yüksək əlavə dəyərli istehsal, süni intellekt, rəqəmsal iqtisadiyyat və üçüncü ölkələrdə birgə layihələr sahəsində əməkdaşlıq imkanları ön plana çəkilib. Tərəflər yaxın zamanda Türkiyə və ya İndoneziyada daha əhatəli təmasların təşkili barədə razılığa gəliblər.

Qeyd edək ki, prezidentlər Ərdoğan və Subianto arasında keçirilən görüşlərdə Türkiyə–İndoneziya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi prioritet kimi qeyd olunub.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Ankara #Mehmet Şimşek #Türkiyə Maliyyə və Xəzinə Nazirliyi #İndoneziya #iqtisadi müzakirə #İqtisadi əlaqələr #Türkiyə və İndoneziya münasibətləri

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.