7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə Instagram və TikTok istifadəçi sayında kəskin artım

8 May 2025 14:56
Türkiyədə Instagram və TikTok istifadəçi sayında kəskin artım

BAKI, AzerVoice

Türkiyədə sosial media istifadəçilərinin sayı 58 milyonu keçib.

AzerVoice xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, Türkiyədə sosial media istifadəçilərinin sayının 58,5 milyona çatdığını bildirib.

Bu rəqəm “We Are Social” və “Meltwater” tərəfindən hazırlanan “Digital 2025 Türkiyə Hesabatı”nda yer alıb.

Nazir Uraloğlu qeyd edib ki, ölkədə internet istifadəçilərinin sayı 77,3 milyondur. Sosial media istifadəçiləri isə son bir ildə 1,7 faiz artaraq 58,5 milyona yüksəlib. İstifadəçilərin 46,6 faizi qadın, 53,4 faizi kişidir.

O bildirib ki, Türkiyədə internet istifadəçiləri gündə orta hesabla 7 saat 13 dəqiqə vaxt keçirirlər. Bu müddətin 2 saat 43 dəqiqəsi sosial media platformalarına sərf olunur. Hər bir istifadəçi ayda orta hesabla 7,6 müxtəlif sosial media platformasından istifadə edir.

Nazir əlavə edib ki, istifadəçilər əsasən dostlarını, ailələrini, tanışlarını və maraqlandıqları məhsulları izləmək üçün sosial mediaya üstünlük verirlər. Eyni zamanda, sosial şəbəkələr xəbərləri oxumaq, ünsiyyət qurmaq və asudə vaxt keçirmək üçün də geniş istifadə olunur.

Statistikaya görə, Türkiyədə ən çox istifadə edilən platforma 58,4 milyon istifadəçi ilə Instagramdır. Onu 57,5 milyon istifadəçi ilə YouTube və 40,2 milyon istifadəçi ilə TikTok izləyir. Facebookun 34,8 milyon, X (keçmiş Twitter) platformasının isə 19,7 milyon istifadəçisi var.

2024-cü illə müqayisədə, Instagram istifadəçi sayı 8,5% artıb, Facebook 8,5% artım göstərib, TikTok 13% böyüyüb, YouTube istifadəçi sayında isə dəyişiklik olmayıb.

İnternet istifadəçiləri ayda ən çox 32 saat 36 dəqiqə vaxt keçirir, bunun 23 saat 31 dəqiqəsi YouTube platformasında sərf olunur.

Məqalədə: #Türkiyə #Abdulkadir Uraloğlu #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Instagram #TikTok #sosial media #Facebook #X (keçmiş Twitter) #Türkiyə sosial media statistikası 2025 #Türkiyə internet istifadəçi sayı #Sosial mediada gündəlik vaxt sərfi #Türkiyədə gündəlik internet istifadəsi

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.