8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Kənd təsərrüfatında gəlirimizi 74 milyard dollara çatdırdıq - Ərdoğan

14 May 2025 17:20
Kənd təsərrüfatında gəlirimizi 74 milyard dollara çatdırdıq - Ərdoğan

BAKI, AzerVoice

Prezident Rəcəb Tayyib Ərdoğan kənd təsərrüfatı gəlirinin 22 il ərzində 24,5 milyard dollardan 74 milyard dollara çatdığını bildirib.

AzerVoice xəbər verir ki, Ərdoğan bu fikirləri Beştepe Konqres və Mədəniyyət Mərkəzində keçirilən Kənd Təsərrüfatı və Meşəçilik Şurasının 4-cü Yekun Bəyannaməsi Proqramında səsləndirib.

O, Dünya Fermerlər Günü münasibətilə fermerləri təbrik edib və ölkənin kənd təsərrüfatı sahəsində əldə etdiyi uğurları vurğulayıb.

Prezident qeyd edib ki, 2002-ci ildən bu yana kənd təsərrüfatı sektoruna real olaraq 2,1 trilyon lirə dəstək verilib, bu il isə fermerlərə ümumilikdə 135 milyard lirə ödəniş ediləcək. O əlavə edib ki, hal-hazırda Türkiyədə 206 növ kənd təsərrüfatı bitkisi yetişdirilir və ölkə özünü tam təmin edir.

Ərdoğanın sözlərinə görə, kənd təsərrüfatı məhsullarının ixracı 2002-ci ildəki 3,8 milyard dollardan 2023-cü ildə 32,6 milyard dollara yüksəlib. O vurğulayıb ki, bu göstəricilərlə son 22 ildə 110 milyard dollarlıq xarici ticarət profisiti əldə olunub.

Qeyd edək ki, Prezident Ərdoğan su ehtiyatlarının və infrastrukturunun kənd təsərrüfatı siyasətində əsas yer tutduğunu bildirib. O, 10 min 663 su təsərrüfatı obyektinin istifadəyə verildiyini, bu sayın Cümhuriyyət tarixində tikilənlərdən üç dəfə çox olduğunu deyib. Əlavə olaraq, 72 milyon hektar suvarılan əkin sahəsi və bu il ərzində 132 milyard lirəlik 321 yeni obyektin istifadəyə verilməsi planlaşdırılır.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #kənd təsərrüfatı #Kənd təsərrüfatı layihələri #Türkiyənin kənd təsərrüfatı məhsulları #Türkiyə kənd təsərrüfatı #kənd təsərrüfatı ixracatı #Türkiyədə suvarma layihələri

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.