5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

KAAN təyyarələri İndoneziyaya satılacaq

Türkiyə ilə İndoneziya arasında bağlanan 48 ədəd KAAN döyüş təyyarəsinin satışı ilə bağlı müqavilə iki ölkə üçün mühüm strateji dönüş nöqtəsi hesab olunur.

30 İyun 2025 10:44
KAAN təyyarələri İndoneziyaya satılacaq

BAKI, AzerVoice

KAAN döyüş təyyarəsi üzrə tarixi razılaşma - Türkiyə İndoneziyaya 48 təyyarə satacaq.

AzerVoice xəbər verir ki, İndoneziyanın Ankaradakı səfiri Əhməd Rizal Purnama bu barədə açıqlama verib.

Purnama razılaşmanı sadəcə bir alqı-satqı əməliyyatı deyil, iki dost və qardaş ölkə arasında müdafiə sahəsində dərin əməkdaşlığın başlanğıcı kimi qiymətləndirib.

“Bu, təkcə Türkiyənin tarixində ən böyük müdafiə ixracatı deyil, həm də İndoneziya üçün mühüm strateji seçimdir. Biz KAAN-ı yalnız bir təyyarə olaraq deyil, həm də ortaq istehsal və texnoloji tərəfdaşlıq üçün bir fürsət kimi görürük.” - deyə o qeyd edib.

Səfirin sözlərinə görə, İndoneziya bu müqavilə ilə həm KAAN təyyarələrinə, həm də Türkiyənin müdafiə sənayesindəki təcrübəsinə güvəndiyini ortaya qoyur.

“TUSAŞ, ASELSAN, ROKETSAN kimi şirkətlər artıq dünya səviyyəsində tanınır. Bu əməkdaşlıq müdafiə sənayesindəki gücümüzü birləşdirmək və ortaq layihələr həyata keçirmək üçün əhəmiyyətli fürsətdir.”- deyə o bildirib.

Qeyd edək ki, Türkiyənin beşinci nəsil döyüş təyyarəsi olan KAAN, yüksək manevr qabiliyyəti, radara qarşı az görünürlük və milli avionika sistemləri ilə diqqət çəkir. Müqavilə başa çatdıqdan sonra bu, Türkiyə tarixində ən böyük müdafiə ixracatı olacaq.

Məqalədə: #Türkiyə #ASELSAN #TUSAŞ #KAAN #Türkiyə müdafiə sənayesi #ROKETSAN #İndoneziya #Türkiyə və İndoneziya münasibətləri

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.