7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə və Mavritaniya arasında mülki aviasiya sahəsində əməkdaşlıq memorandumu imzalanıb

Türkiyə və Mavritaniya arasında mülki aviasiya sahəsində əməkdaşlıq memorandumu imzalanıb

2 İyul 2025 14:48
Türkiyə və Mavritaniya arasında mülki aviasiya sahəsində əməkdaşlıq memorandumu imzalanıb

BAKI,AzerVoice

Türkiyə Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, Mülki Aviasiya Baş İdarəsi ilə Mavritaniya İslam Respublikasının Milli Mülki Aviasiya Agentliyi arasında mülki aviasiya sahəsində əhatəli əməkdaşlıq memorandumu imzalanıb.

AzerVoice xəbər verir ki, o Türkiyə ilə Mavritaniya arasında ortaq tarixi və mədəni bağların olduğunu xatırladaraq, 2010-cu ildən etibarən qarşılıqlı səfirliklərin açılması ilə ikitərəfli münasibətlərin ciddi şəkildə inkişaf etdiyini qeyd edib.

Nazirin sözlərinə görə, imzalanmış memorandum çərçivəsində uçuş təhlükəsizliyi, hava daşımaları, lisenziyalaşdırma, aviasiya təhlükəsizliyi və ətraf mühitin davamlılığı başda olmaqla bir çox sahədə qarşılıqlı təcrübə və məlumat mübadiləsi nəzərdə tutulur. Tərəflər, eyni zamanda, təlim, rəqəmsallaşma, pilotsuz uçuş aparatları (PUA) və ətraf mühitin qorunması sahələrində də ortaq layihələr həyata keçirməyi planlaşdırırlar.

Nazir Uraloğlu bildirib ki, Türkiyə–Mavritaniya əməkdaşlığı hər iki ölkənin mülki aviasiya sektorlarında potensialın artırılması və beynəlxalq standartlara uyğunluğun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu razılaşma, Türkiyənin qəbul etdiyi yeni mülki aviasiya modeli və ICAO-nun bacarıq əsaslı prinsiplərini əks etdirən institusional transformasiya modeli çərçivəsində strateji addımdır.

“Türkiyə Mülki Aviasiya Baş İdarəsi Mavritaniya Mülki Aviasiya Təşkilatına texniki dəstək verməyi, institusional potensialı gücləndirməyi və davamlı infrastruktur sistemlərinin inkişafına töhfə verməyi hədəfləyir. Bu çərçivədə beynəlxalq təhsil ixracı da xüsusi əhəmiyyət kəsb edir,” – deyə Uraloğlu vurğulayıb.

Nazir əlavə edib ki, Mavritaniyada həyata keçiriləcək təlim və məsləhətçilik fəaliyyəti Türkiyənin bölgədə – xüsusilə aviasiya təhsili sahəsində – regional mərkəz mövqeyini daha da gücləndirəcək.

Məqalədə: #Türkiyə #Abdulkadir Uraloğlu #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Mavritaniya İslam Respublikası #əməkdaşlıq əlaqələri #memorandum #Əməkdaşlıq memorandumu #Mülki Aviasiya

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.