7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Hakan Fidan sabah Avropa İttifaqı Komissiyasının kommisarı ilə görüşəcək

Nazir Fidanın görüş zamanı 15 iyul 2019-cu il tarixli qüvvədən düşmüş Aİ Xarici Əlaqələr Şurasının qərarlarını tamamilə ləğv etməyin və Türkiyə-Aİ münasibətlərində institusional məsləhətləşmə mexanizmlərini yenidən işə salmağın vaxtının gəldiyini bildirməsi gözlənilir.

24 İyul 2025 15:36
Hakan Fidan sabah Avropa İttifaqı Komissiyasının kommisarı ilə görüşəcək

BAKI, AzerVoice

Türkiyə Xarici İşlər naziri Hakan Fidan sabah Avropa İttifaqı Komissiyasının kommisarı Marta Kos ilə görüşəcək.

AzerVoice xəbər verir ki, iclasda viza rejimində məhdudiyyətlərin aradan qaldırılması və Avropa İttifaqının (Aİ) Türkiyəyə münasibətinin müzakirə ediləcəyi gözlənilir.

Səfər 1 dekabr 2024-cü ildə vəzifəsinə başlayan Komissar Kosun Türkiyəyə ilk rəsmi səfəri olacaq.

Nazir Fidanın görüş zamanı 15 iyul 2019-cu il tarixli qüvvədən düşmüş Aİ Xarici Əlaqələr Şurasının qərarlarını tamamilə ləğv etməyin və Türkiyə-Aİ münasibətlərində institusional məsləhətləşmə mexanizmlərini yenidən işə salmağın vaxtının gəldiyini bildirməsi gözlənilir.

Fidanın Türkiyə-Avropa İttifaqı Assosiasiya Şurasının və Yüksək Səviyyəli Dialoq toplantılarının ən qısa zamanda keçirilməsinin və Gömrük İttifaqının ən qısa zamanda yenilənməsi üçün danışıqlara başlanmasının vacibliyini vurğulaması da gözlənilir.

Fidan, 15 iyul 2025-ci il tarixində Türk vətəndaşlarına Şengen vizası ilə bağlı tətbiq olunan yeni qərarın məmnuniyyətlə qarşılandığını bildirib. O, bu yeni qaydaların cəmiyyətin bütün təbəqələrinə şamil edilməsinin vacibliyini vurğulayaraq Viza Azadlığı Dialoqu prosesinin tamamlanmasının və bu prosesdə asanlaşdırıcı addımların effektiv şəkildə həyata keçirilməsinin önəmli olduğunu qeyd edəcək.

Fidanın Avropa İttifaqının genişlənmə siyasətində qərəzsiz, məntiqli və ləyaqətə əsaslanan yanaşma sərgiləməsinin vacibliyini də dilə gətirərək bu çərçivədə Türkiyənin digər namizəd ölkələrlə birlikdə bütün görüşlərə dəvət olunmasının vacib olduğunu bildirməsi ehtimal olunur.

Məqalədə: #Türkiyə #Hakan Fidan #Avropa İttifaqı (Aİ) #Türkiyənin Xarici İşlər Nazirliyi #Aİ #Şengen vizası #viza #Viza azadlığı

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30

Son Xəbərlər

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
13:52
İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir
İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir
13:51
Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub
Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub
13:46
İraqda media ekoloji problemlərlə bağlı maarifləndirməni gücləndirəcək
İraqda media ekoloji problemlərlə bağlı maarifləndirməni gücləndirəcək
13:38
Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
13:35
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.