5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə dəniz üzərində üçüncü hava limanı inşa ediləcək - Uraloğlu

Türkiyədə dəniz üzərində yeni hava limanı inşa ediləcək. Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

2 Avqust 2025 19:55
Türkiyədə dəniz üzərində üçüncü hava limanı inşa ediləcək - Uraloğlu

BAKI, AzerVoice, Səməd Əyyubov

Türkiyədə dəniz üzərində yeni hava limanı inşa ediləcək.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Nazir qeyd edib ki, inşa ediləcək yeni hava limanı Türkiyədə dəniz üzərində tikiləcək üçüncü hava limanı olacaq.

“Mövcud hava limanımızın bir qədər şimalında, Qara dənizdə üçüncü dəniz üzərindəki hava limanını inşa edəcəyik” – deyə, Uraloğlu bildirib.

O, Trabzondakı mövcud hava limanının ölkənin ən işlək yeddinci hava limanı olduğunu qeyd edib.

Nazir həmçinin bildirib ki, Nəqliyyat və İnfrastruktur Nazirliyi olaraq, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Trabzonda təxminən 175 milyard lirəlik nəqliyyat və rabitə investisiyası həyata keçirilib. Bölünmüş yol uzunluğu 56 kilometrdən 265 kilometrə, isti asfalt örtüyü isə 89 kilometrdən 554 kilometrə çatdırılıb. Tunel uzunluğu isə 600 metrdən 63,6 kilometrə yüksəlib.

Qeyd edək ki, cari ilin iyun ayında Trabzon Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq, 1 milyon 578 min 355 nəfər olub.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Məqalədə: #Türkiyə #Abdulkadir Uraloğlu #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Trabzon Beynəlxalq Hava Limanı #Trabzon #sərnişin #sərnişin daşıma #Trabzon Hava Limanı #Türkiyənin hava limanlarında sərnişin və yük daşınması #Sərnişin rekordu #Sərnişin sayı

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
13:33
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.