8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Dünyanın ən uzun üç borulu tunel sistemi Türkiyədə inşa ediləcək

Layihə çərçivəsində Qaziantepi İskenderun Limanı ilə birləşdirəcək, hər biri 20 kilometr uzunluğunda olan və dəmir yolu ilə avtomobil yolunu birləşdirən funksional üç borulu tunel inşa ediləcək. Bu mühəndislik həlli dünyada ilk olacaq. Layihə, Amanos dağlarının altından keçərək səyahət müddətini əhəmiyyətli dərəcədə azaldacaq, bölgənin ixrac imkanlarını genişləndirəcək və iqtisadi fəallığı artıracaq.

12 Avqust 2025 12:00
Dünyanın ən uzun üç borulu tunel sistemi Türkiyədə inşa ediləcək

BAKI, AzerVoice, Nərmin Ağayeva

Türkiyədə nəqliyyat inteqrasiyasını gücləndirəcək və bölgənin logistika imkanlarını artıracaq Dörtyol-Hassa Dəmir Yolu və Avtomobil Yolu Tunelləri Layihəsi üçün maliyyələşdirmə müqavilələri imzalanıb.

AzerVoice xəbər verir ki, layihə çərçivəsində Qaziantepi İskenderun Limanı ilə birləşdirəcək, hər biri 20 kilometr uzunluğunda olan və dəmir yolu ilə avtomobil yolunu birləşdirən funksional üç borulu tunel inşa ediləcək. Bu mühəndislik həlli dünyada ilk olacaq. Layihə, Amanos dağlarının altından keçərək səyahət müddətini əhəmiyyətli dərəcədə azaldacaq, bölgənin ixrac imkanlarını genişləndirəcək və iqtisadi fəallığı artıracaq.

Xəzinə və Maliyyə Nazirliyi ilə Société Générale rəhbərliyindəki kreditorlar arasında imzalanan müqavilə ilə 1,55 milyard avro məbləğində xarici maliyyə təmin edilib. Layihə Doğuş İnşaat və Eze İnşaat birgə müəssisəsi tərəfindən həyata keçiriləcək, qazıntı işlərinə isə oktyabr ayında Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə başlanacaq. Tamamlanması 2031-ci ilə planlaşdırılan layihə iki mərhələdə icra olunacaq və İskenderun-Qaziantep marşrutunu 20,6 km, Payas-Fevzipaşa dəmir yolu marşrutunu isə 29,6 km qısaldacaq.

Qeyd edək ki, layihə çərçivəsində 26 km avtomobil yolu, 23,5 km dəmir yolu, 3 tunel, 6 yeraltı keçid, 2 körpü, 2 viyadük və digər əlaqə infrastrukturları tikiləcək. Bu tunel sistemi həm Türkiyənin ən uzun funksional üç borulu tuneli, həm də dünyanın ən uzun tunel sistemi olacaq.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #İskenderun limanı #Türkiyə Xəzinə və Maliyyə Nazirliyi #Qaziantep #tranzit-nəqliyyat #dəmir yolu #Nəqliyyat vasitələri #nəqliyyat dəhlizi

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
15:29
Səudiyyə Ərəbistanında qeyri-neft sektoru ikinci rübdə 0,9 faiz artıb
Səudiyyə Ərəbistanında qeyri-neft sektoru ikinci rübdə 0,9 faiz artıb
15:26
Səudiyyə Ərəbistanı xaricdə həyata keçirilən işləri ölkə daxilində görməyi planlaşdırır
Səudiyyə Ərəbistanı xaricdə həyata keçirilən işləri ölkə daxilində görməyi planlaşdırır
15:20
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
14:48
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.