7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Terrordan Azad Türkiyə Komissiyası üçüncü iclasını keçirib

TBMM sədri Numan Kurtulmuş iclasda çıxış edərək AK Partiya, CHP və DEM Partiyasının hər birindən əlavə bir üzvün adlarının təqdim olunmasını istəyib. O, komissiyanın işini səmimiyyətlə qəbul etdiyini, gündəliyə nəzarət etdiyini və qərarlarını ardıcıl şəkildə həyata keçirdiyini vurğulayıb. Kurtulmuş milli birliyi və qardaşlığı möhkəmləndirmək üçün geniş təmsilçiliyin vacibliyinə diqqət çəkib və bu məqsədlə 51 nəfərlik komissiyanın yaradıldığını xatırladıb. İYİ Partiyanın isə üzv təqdim etməyəcəyini rəsmi olaraq bildirdiyini qeyd edib. Bugünkü iclasda əsas gündəliyin komissiyanın işinə dair üzvlərin təkliflərini dinləmək olduğu bildirilib.

12 Avqust 2025 15:33
Terrordan Azad Türkiyə Komissiyası üçüncü iclasını keçirib

BAKI, AzerVoice, Nərmin Ağayeva

Türkiyə Böyük Millət Məclisində (TBMM) Terrordan Azad Türkiyə Komissiyasının üçüncü iclası keçirilib.

AzerVoice xəbər verir ki, TBMM sədri Numan Kurtulmuş iclasda çıxış edərək AK Partiya, CHP və DEM Partiyasının hər birindən əlavə bir üzvün adlarının təqdim olunmasını istəyib.

O, komissiyanın işini səmimiyyətlə qəbul etdiyini, gündəliyə nəzarət etdiyini və qərarlarını ardıcıl şəkildə həyata keçirdiyini vurğulayıb. Kurtulmuş milli birliyi və qardaşlığı möhkəmləndirmək üçün geniş təmsilçiliyin vacibliyinə diqqət çəkib və bu məqsədlə 51 nəfərlik komissiyanın yaradıldığını xatırladıb. İYİ Partiyanın isə üzv təqdim etməyəcəyini rəsmi olaraq bildirdiyini qeyd edib. Bugünkü iclasda əsas gündəliyin komissiyanın işinə dair üzvlərin təkliflərini dinləmək olduğu bildirilib.

Qeyd edək ki, Terrordan Azad Türkiyə Komissiyası 25 iyul 2025-ci ildə formalaşdırılıb və altı siyasi partiya qrupunu, həmçinin qrupsuz altı siyasi partiyanı əhatə edir.

Məqalədə: #Türkiyə #Numan Kurtulmuş #AK Parti #CHP #Türkiyə Böyük Millət Məclisi (TBMM) #terrorsuz Türkiyə #DEM partiyası

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.