7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Hakan Fidan İtaliyaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan 11–12 sentyabr tarixlərində İtaliyaya işgüzar səfər edəcək. Səfər çərçivəsində Fidan İtaliyanın baş nazir müavini və xarici işlər naziri Antonio Tajani ilə görüşəcək, həmçinin Romadakı Istituto Affari Internazionali adlı beyin mərkəzində çıxış edəcək.

10 Sentyabr 2025 15:32
Hakan Fidan İtaliyaya səfər edəcək

BAKI,AzerVoice, Fərid Mikaylov

Türkiyənin xarici işlər naziri Hakan Fidan 11–12 sentyabr tarixlərində İtaliyaya işgüzar səfər edəcək.

AzerVoice xəbər verir ki, səfər çərçivəsində Fidan İtaliyanın baş nazir müavini və xarici işlər naziri Antonio Tajani ilə görüşəcək, həmçinin Romadakı Istituto Affari Internazionali adlı beyin mərkəzində çıxış edəcək.

Türkiyə və İtaliya arasında strateji ortaq və NATO müttəfiqi olaraq inkişaf edən münasibətlər görüşlərin əsas mövzusu olacaq.

Fidanın danışıqlarda:

  • 2024-cü ildə 32,2 milyard dollara çatan ikitərəfli ticarət həcminin 40 milyard dollara çatdırılması hədəfini,
  • Türkiyə–Avropa İttifaqı Gömrük İttifaqının yenilənməsinin əhəmiyyətini,
  • Aralıq dənizində enerji təhlükəsizliyi və beynəlxalq hüquqa uyğun əməkdaşlığın vacibliyini vurğulaması gözlənilir.

Nazir həmçinin müdafiə sənayesi əməkdaşlığının gücləndirilməsi, eləcə də qanunsuz miqrasiya ilə mübarizə sahələrində iş birliyini gündəmə gətirəcək.

Fidan və Tajani görüşlərdə Liviya, Suriya, Ukrayna və İran başda olmaqla regional böhranları, NATO çərçivəsində əməkdaşlığı və qlobal təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Nazirin Qəzzada davam edən soyqırımın dayandırılması üçün İsrail üzərinə beynəlxalq təzyiqlərin artırılması zərurətini vurğulaması da gözlənilir.

Türkiyə və İtaliya liderləri bu il bir neçə dəfə yüksək səviyyədə görüşüblər:

  • Apreldə Romada keçirilən 4-cü Hökumətlərarası Zirvədə,
  • Avqustda isə İstanbulda təşkil olunan Türkiyə–İtaliya–Liviya Üçtərəfli Zirvəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Müdafiə sənayesi əməkdaşlığı çərçivəsində Baykar ilə İtaliyanın Leonardo şirkəti pilotsuz uçuş aparatları texnologiyası üzrə ortaq layihə imzalayıb, Baykar isə Piaggio Aerospace şirkətini satın alıb. Türkiyə eyni zamanda Eurofighter Typhoon qırıcılarının tədarükü üçün İtaliya ilə danışıqlar aparır.

Enerji sahəsində də İtaliya, Türkiyənin əsas tərəfdaşlarından biridir. TANAP vasitəsilə ötürülən qaz, TAP boru kəməri ilə İtaliyaya çatdırılır.

Məqalədə: #Türkiyə #Hakan Fidan #Türkiyə Xarici İşlər Nazirliyi #Avropa İttifaqı (Aİ) #Ankara #İtaliya #Baykar #NATO #TANAP #Roma #TAP #Leonardo #Türkiyə–İtaliya–Liviya Üçtərəfli Zirvəsi

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.