4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə və Suriya arasında kənd təsərrüfatı əməkdaşlığı genişlənir

Türkiyə ilə Suriya arasında qurulan ortaq komitə kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün yol xəritəsi hazırlayıb. Nazir bildirib ki, vətəndaş müharibəsinin başladığı vaxtdan etibarən Suriya xalqı ciddi çətinliklərlə üzləşib. Türkiyə isə həm Afrində, həm də digər bölgələrdə ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə bitkiçilik və heyvandarlıq sahələrində dəstək verib.

15 Sentyabr 2025 12:46
Türkiyə və Suriya arasında kənd təsərrüfatı əməkdaşlığı genişlənir

BAKI, AzerVoice, Fərid Mikayılov

Türkiyə ilə Suriya arasında qurulan ortaq komitə kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün yol xəritəsi hazırlayıb.

AzerVoice xəbər verir ki, bu barədə Suriya paytaxtı Dəməşqdə rəsmi təmaslar keçirən Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı məlumat verib.

Nazir bildirib ki, vətəndaş müharibəsinin başladığı vaxtdan etibarən Suriya xalqı ciddi çətinliklərlə üzləşib. Türkiyə isə həm Afrində, həm də digər bölgələrdə ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə bitkiçilik və heyvandarlıq sahələrində dəstək verib.

Yumaklı qeyd edib ki, dağıdılmış infrastrukturun doğurduğu problemlərə baxmayaraq, 13 ildən sonra irəliləyən dövr üçün daha ciddi layihələrin həyata keçirilməsinə ehtiyac var. Bu məqsədlə iki ölkə arasında qurulan ortaq komitə geniş iş apararaq təqvimləşdirilmiş yol xəritəsi hazırlayıb.

Nazir konkret layihələr barədə də məlumat verib:

  • Suriyada 50 min kvadratmetr ərazidə 20 blokdan ibarət sera kompleksi inşa ediləcək.
  • Kəndli qeydiyyat sistemi və kənd təsərrüfatı inventar sisteminə dəstək davam etdiriləcək.
  • Suriyada müşahidə olunan şap xəstəliyinə qarşı mübarizə aparılacaq, ilkin mərhələdə Türkiyədən şap peyvəndi göndərilib və sərhəd bölgələrində peyvəndləmə aparılacaq.

“Burada atılan addımlar həm Suriya xalqı üçün önəmlidir və bu addımlar həm də qonşuluq və qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığımızı möhkəmləndirəcək”- deyə Yumaklı qeyd edib.

Nazir əlavə edib ki, Türkiyə bundan sonrakı mərhələdə də Suriya kənd təsərrüfatının dirçəlişinə dəstək verəcək, eyni zamanda iki ölkə arasında ticarət əlaqələrinin inkişafı üçün mühüm potensial hərəkətə gətiriləcək.

Məqalədə: #Türkiyə #Ankara #Suriya #Dəməşq #Türkiyənin kənd təsərrüfatı və meşə nazirliyi #İbrahim Yumaklı #Türkiyənin Suriya siyasəti #Türkiyə-Suriya əməkdaşlığı

Mövzu üzrə digər xəbərlər

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriya

Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb

14:20
İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

13:52
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

12:51

Son Xəbərlər

Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.