8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İstanbulda Qəzza zirvə görüşü başa çatıb

İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə keçirilən Qəzza mövzusuna həsr olunmuş yüksək səviyyəli toplantı başa çatıb. AzerVoice xəbər verir ki, toplantıda İndoneziya, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniyanın xarici işlər nazirləri, eləcə də BƏƏ və Qətərin rəsmi nümayəndələri iştirak ediblər.

3 Noyabr 2025 20:25
İstanbulda Qəzza zirvə görüşü başa çatıb

BAKI, AzerVoice, Orxan Qədirzadə

İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə keçirilən Qəzza mövzusuna həsr olunmuş yüksək səviyyəli toplantı başa çatıb.

AzerVoice xəbər verir ki, toplantıda İndoneziya, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniyanın xarici işlər nazirləri, eləcə də BƏƏ və Qətərin rəsmi nümayəndələri iştirak ediblər.

Toplantının sonunda çıxış edən Hakan Fidan Qəzzada atəşkəsin qorunmasının və insanlıq cinayətlərinə son qoyulmasının birinci prioritet olduğunu vurğulayıb.

Nazir bildirib ki, Qəzza üzrə atəşkəs və siyasi prosesin irəliləməsi üçün beynəlxalq ictimaiyyət üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir.

“Bugün buradan açıq mesaj veririk. Atəşkəsi sabotaj edən, heç bir addıma icazə verilməməlidir. Fələstinlilərin iradəsi qarşılıq tapmalıdır. Barışa gedən yol səbir və qətiyyət tələb edir.”

Fidan qeyd edib ki, Qəzzada təhlükəsizlik mexanizmlərinin qurulması istiqamətində çalışılır. Həmçinin nazir insani yardımların qarşısının alınmasının vəziyyəti ağırlaşdırdığına diqqət çəkib.

“Razılaşmaya görə gündə 600 yardım maşını və 50 yanacaq tankeri Qəzzaya daxil olmalıdır. Lakin bu sayın reallaşdığını görmürük. Yardımlar anbarlarda və sərhəddə gözlədilir.”-deyə Fidan bildirib.

Toplantıda Qəzzəyə beynəlxalq “barış missiyası”nın yerləşdirilməsi məsələsi də müzakirə olunub. Fidan bildirib ki, qurumun formalaşdırılması üçün BMT Təhlükəsizlik Şurası tərəfindən müəyyən olunmuş hüquqi mandat tələb olunur.

“Ölkələr göndərəcəkləri qüvvəyə bu mandatın tərkibinə görə qərar verəcəyini bildirir. Prezident Ərdoğan razılaşmaya imza atan liderlərdən biridir. Bu, Türkiyənin barış üçün hər cür fədakarlığa hazır olduğunu göstərir.”-deyə Fidan qeyd edib.

Nazir Fidan qeyd edib ki, Qəzzənin gələcək idarəçiliyi Fələstin xalqının öz əllərində olmalıdır.

O, həmçinin bildirib ki, HƏMAS Qəzzədəki idarəetməni fələstinlilərdən ibarət komitəyə təhvil verməyə hazır olduğunu rəsmi şəkildə bəyan edib.

Toplantıda Qəzzada dağıdılmış infrastrukturun bərpası, əhalinin geri qayıtması və beynəlxalq koordinasiya məsələləri də müzakirə olunub.

“Qış ayları yaxınlaşır. Yenidən inşa və sosial dəstək addımlarının sürətlə atılması zəruridir. Qəzzanın ayağa qalxması Fələstin xalqının gələcəyə olan ümidini gücləndirəcək.”- deyə nazir qeyd edib.

Müsəlman ölkələrinin Qahirədə, Dohada və İstanbulda davam edən diplomatik səylərinin nəticə verdiyini bildirən Fidan, fələstinli qruplar arasında milli birliyin güclənməsinin vacibliyini vurğulayıb.

“Fələstin daxilində birlik təmin edildikcə, beynəlxalq arenada onların təmsilçiliyi də daha güclü olacaq.”- deyə Fidan bildirib.

Nazir Fidan çıxışının sonunda 7 ölkənin ortaq məsuliyyətlə hərəkət etdiyini qeyd edərək ümidvar olduqlarını bildirib.

“Ortaq çabalarımızın Qəzzada qalıcı barış və stabilliyin yaranmasına töhfə verməsini arzulayırıq.”-deyə nazir əlavə edib.

Məqalədə: #Türkiyə #Qəzza #İsrail #İstanbul #Benyamin Netanyahu #Fələstin #BƏƏ #Səudiyyə Ərəbistanı #Hakan Fidan #Pakistan #Türkiyə XİN #Qətər #HƏMAS #İndoneziya #Əl-Qəssam Briqadaları #əsir mübadiləsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Yaxın Şərq Sülh Sammiti #İstanbul Qəzza zirvə görüşü

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
11:08
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
11:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.