6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İstanbul üçün ciddi xəbərdarlıq - Zəlzələlər şəhərə doğru addım-addım irəliləyir

Dünyanın ən nüfuzlu elmi jurnallarından olan Science nəşrində dərc edilən yeni araşdırma göstərir ki, Marmara dənizində baş verən zəlzələlər son 15 il ərzində sistemli şəkildə qərbdən şərqə İstanbul istiqamətində irəliləyir. Araşdırma Almaniyanın GFZ Helmholtz Yer Elmləri Mərkəzində aparılıb. Tədqiqatda Ana Marmara Fayı üzərində son illərdə müşahidə olunan seysmik aktivlik ətraflı şəkildə təhlil olunub, İstanbul üçün gözlənilən böyük təhlükənin mexanizmi və fay xəttinin hazırkı gərginlik vəziyyəti izah edilib.

13 Dekabr 2025 13:59
İstanbul üçün ciddi xəbərdarlıq - Zəlzələlər şəhərə doğru addım-addım irəliləyir

BAKI,AzerVoice, Fərid Mikayılov

Dünyanın ən nüfuzlu elmi jurnallarından olan Science nəşrində dərc edilən yeni araşdırma göstərir ki, Marmara dənizində baş verən zəlzələlər son 15 il ərzində sistemli şəkildə qərbdən şərqə İstanbul istiqamətində irəliləyir.

AzerVoice xəbər verir ki, beynəlxalq tədqiqat qrupunun qənaətinə görə, 2025-ci ilin aprelində baş verən 6,2 bal gücündə zəlzələ fay xəttini rahatlatmayıb, əksinə, İstanbulun cənubunda yerləşən hərəkətsiz və enerji toplayan “kilidli” sahələrdə təzyiqi daha da artırıb.

Araşdırma Almaniyanın GFZ Helmholtz Yer Elmləri Mərkəzində aparılıb. Tədqiqatda Ana Marmara Fayı üzərində son illərdə müşahidə olunan seysmik aktivlik ətraflı şəkildə təhlil olunub, İstanbul üçün gözlənilən böyük təhlükənin mexanizmi və fay xəttinin hazırkı gərginlik vəziyyəti izah edilib.

Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri zəlzələlərin zəncirvari reaksiya ilə qərbdən şərqə doğru hərəkət etmə ehtimalıdır.

Alimlərin məlumatına görə, 2011–2012-ci illərdə Marmaranın qərb və mərkəzi hissələrində seysmik fəallıq başlayıb. 2019-cu ilin sentyabrında 5,8 bal gücündə Silivri zəlzələsi qeydə alınıb. 2025-ci ilin aprelində baş verən 6,2 bal gücündə zəlzələ isə əvvəlki sarsıntının dərhal şərqində, İstanbula daha yaxın ərazidə baş verib.

Bu mənzərə fayın qərb hissələrindəki hərəkətli sahələrin, İstanbulun cənubundakı kilidli sahələri sıxışdıraraq əlavə yük yaratdığını göstərir.

Adətən güclü zəlzələdən sonra fay üzərindəki gərginliyin azalması gözlənilir. Lakin aparılan analizlər Marmara bölgəsində bunun baş vermədiyini ortaya qoyur.

2019-cu ildəki 5,8 bal gücündə zəlzələdən sonra fay xəttində gərginlik səviyyəsi tədricən normallaşsa da, 2025-ci ildəki 6,2 bal gücündə zəlzələdən sonra gözlənilən rahatlama müşahidə olunmayıb. Ölçmələr həmin ərazidə kəsilmə (kayma) gərginliyinin hələ də yüksək olduğunu göstərir. Bu isə fay xəttinin yeni və daha güclü qırılmaya hazır ola biləcəyindən xəbər verir.

Araşdırma həm 2019, həm də 2025-ci il zəlzələlərinin qırılma istiqamətinin şərqə doğru olduğunu təsdiqləyib. Bu isə seysmik dalğaların enerjisinin İstanbul istiqamətində cəmlənməsinə səbəb olur.

Alimlər bildirirlər ki, gələcəkdə baş verə biləcək böyük zəlzələ zamanı şəhər, zəlzələnin gücündən gözləniləndən daha şiddətli sarsıla bilər. Ölçmələr yer hərəkətinin və sürətlənmənin xüsusilə İzmit körfəzi və Armutlu yarımadası istiqamətində daha güclü olduğunu göstərib.

Məqalədə hazırda ən riskli ərazilərdən biri kimi Avcılar sahilləri yaxınlığında yerləşən, təxminən 15–20 kilometrlik seysmik fəallığı zəif olan sahə göstərilir. Bu ərazi növbəti 6,0 və daha böyük zəlzələnin potensial mənbəyi hesab olunur.

Alimlər bildirirlər ki, bu sahədə baş verəcək qırılma və ya gərginliyin ötürülməsi, tamamilə kilidli vəziyyətdə olan Adalar fayını hərəkətə gətirə bilər. Həmin fay sahəsinin böyük həcmdə enerji topladığı qeyd olunur.

Tədqiqata əsasən, Marmara dənizi Avropanın ən təhlükəli seysmik zonalarından biri hesab olunur. Anadolu plitəsi Avrasiya plitəsinə nisbətən ildə 17–29 millimetr sürətlə hərəkət edir. Şimali Anadolu Fayının təxminən 1200 kilometrlik hissəsi XX əsrdə qırılsa da, Marmara dənizi daxilində yerləşən Ana Marmara Fayı əsasən toxunulmaz qalıb.

Tarixi mənbələr İstanbul ətrafında son 2300 il ərzində bir neçə dəfə 7 və daha yüksək bal gücündə zəlzələlərin baş verdiyini göstərir. Son böyük zəlzələlər 1509, 1766 və 1894-cü illərdə qeydə alınıb.

Alimlər vurğulayırlar ki, 2025-ci il zəlzələsi 1766-cı ildən bəri toplanmış enerjinin yalnız çox kiçik bir hissəsini azad edib. Halbuki yığılmış enerji fərqi təxminən 6 metrə bərabərdir.

Tədqiqatçılar bildirirlər ki, fay xəttinin real vaxt rejimində izlənməsi üçün dəniz dibinə əlavə sensorların yerləşdirilməsi həyati əhəmiyyət daşıyır.

Məqalədə: #Türkiyə #İstanbul #Seysmik aktivlik #İstanbul zəlzələ təhlükəsi #Marmara bölgəsində zəlzələ #Ana Marmara Fayı #Adalar fay xətti #fay xəttində gərginlik #İstanbulda böyük zəlzələ ehtimalı #Marmara dənizi zəlzələ riski #Avropada ən riskli zəlzələ zonası #2025-ci il Marmara zəlzələsi

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
Venesiya Film Festivalında nümayiş olunacaq 6 ərəb filmi hansılardır?
10:00
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.