7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə nazirinin Qüds valisi olmaq arzusu İsraildə gərginlik yaradıb

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi İsrailin müdafiə naziri İsrael Katz tərəfindən səsləndirilən Qüdslə bağlı açıqlamalara sərt reaksiya verib. Nazir bildirib ki, Türkiyə Fələstin məsələsinə və Qüdsün statusuna dair mövqeyindən geri çəkilməyəcək və bu həssaslığın heç kim tərəfindən sorğulanmasına imkan verməyəcək.

8 İyun 2026 14:56
Türkiyə nazirinin Qüds valisi olmaq arzusu İsraildə gərginlik yaradıb

BAKI,VOA Orxan Qədirzadə

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi İsrailin müdafiə naziri İsrael Katz tərəfindən səsləndirilən Qüdslə bağlı açıqlamalara sərt reaksiya verib. Nazir bildirib ki, Türkiyə Fələstin məsələsinə və Qüdsün statusuna dair mövqeyindən geri çəkilməyəcək və bu həssaslığın heç kim tərəfindən sorğulanmasına imkan verməyəcək.

Son günlər Türkiyə ilə İsrail arasında diplomatik gərginliyin artmasına səbəb olan mübahisə Mustafa Çiftçinin daha əvvəl etdiyi çıxışdan sonra başlayıb. Nazir çıxışında Çorumda beş il fəaliyyət göstərdikdən sonra Ərzuruma təyin olunduğunu xatırladaraq, həmin dövrdə Allahdan bir gün olsa belə Qüds valisi olmağı arzuladığını bildirmişdi. O, gələcəkdə belə günlərin gələcəyinə inandığını da vurğulamışdı.

Bu açıqlama İsrail tərəfinin sərt reaksiyasına səbəb olub. İsrailin müdafiə naziri İsrael Katz Türkiyə Prezidenti Recep Tayyip Erdoğan və Mustafa Çiftçini hədəf alan bəyanatla çıxış edib. O, Qüdsün üç min ildən artıqdır yəhudi xalqının paytaxtı olduğunu iddia edərək şəhərin əbədi olaraq İsrailin paytaxtı qalacağını bildirib. Katz eyni zamanda Osmanlı imperiyasının yenidən dirçəlməsi ilə bağlı iddiaları tənqid edib və bunun heç vaxt baş verməyəcəyini söyləyib.

İsrail nazirinin sözlərinə cavab verən Mustafa Çiftçi Türkiyə Gənclik Vəqfinin tədbirində çıxışı zamanı Fələstin məsələsində Ankara rəhbərliyinin mövqeyinin dəyişməz olduğunu bəyan edib.

Nazir bildirib ki, bu gün başda Fələstin və xüsusilə Qəzza olmaqla, Türkiyənin sözünə ümid bəsləyən milyonlarla insan var. Onun sözlərinə görə, Türkiyənin mövqeyi məzlum xalqlar üçün ümid, vicdan sahibi insanlar üçün isə ədalət çağırışı kimi qəbul edilir.

Mustafa Çiftçi qeyd edib ki, Türkiyənin Fələstinə və Qüdsə bağlılığından narahat olan qüvvələrin olması təəccüblü deyil. O vurğulayıb ki, Qəzzada baş verən hadisələrə qarşı etiraz səslərinin yüksəldilməsindən narahatlıq keçirənlər də mövcuddur, lakin Ankara bu mövqeyindən geri çəkilməyəcək.

“Fələstinə olan həssaslığımızdan narahat olanlar çıxacaq. Qüdsə bağlılığımızdan narahat olanlar da olacaq. Qəzzada bütün dünyanın gözü qarşısında yaşanan hadisələrə qarşı səsimizi qaldırmağımızdan narahatlıq keçirənlər də tapılacaq. Amma biz bu mövqeyimizdən heç vaxt güzəştə getməyəcəyik”, – deyə nazir bildirib.

O əlavə edib ki, Türkiyə bundan sonra da Qəzzadakı insanların səsinə səs verəcək, məzlumların yanında dayanacaq və daha ədalətli dünya nizamının qurulması uğrunda mübarizəni davam etdirəcək.

Mustafa Çiftçi çıxışında Prezident Rəcəb Tayyib Ərdoğanın beynəlxalq platformalarda Fələstin xalqının hüquqlarını, Qəzzadakı mülki əhalinin müdafiəsini və Qüdsün əhəmiyyətini müdafiə edən siyasətinin Türkiyə üçün yol göstərici olduğunu vurğulayıb. Nazir qeyd edib ki, ölkə rəhbərliyinin nümayiş etdirdiyi prinsipial mövqe gələcək dövrdə də qorunacaq.

Çıxışının sonunda gənclərə müraciət edən Mustafa Çiftçi onların ölkənin gələcəyinin formalaşmasında mühüm rol oynayacağını bildirib. O qeyd edib ki, güclü dəyərlərə söykənən cəmiyyətlər inkişaf edə bilir və gənc nəsil elm, texnologiya, incəsənət və siyasət sahələrində ölkənin gələcəyini müəyyənləşdirəcək əsas qüvvədir.

Ankara ilə Təl-Əviv arasında son aylarda Fələstin və Qəzza məsələləri ətrafında yaşanan fikir ayrılıqları fonunda bu qarşılıqlı bəyanatlar iki ölkə arasındakı siyasi gərginliyin davam etdiyini bir daha nümayiş etdirir.

Məqalədə: #Rəcəb Tayyib Ərdoğan #İsrael Katz #Yaxın Şərq siyasəti #Fələstin məsələsi #Qəzza böhranı #Mustafa Çiftçi #Qüds statusu #Türkiyə İsrail münasibətləri #Ankara Təl-Əviv gərginliyi #Qüds bəyanatı #Türkiyənin Fələstin siyasəti #İsrail Türkiyə diplomatik münasibətləri #Türkiyə daxili işlər nazirinin Qüds barədə açıqlaması

Mövzu üzrə digər xəbərlər

Syuzan Sarandon Fələstinə dəstəyinin Hollivuddakı karyerasına təsir etdiyini deyib
ArabShow

Syuzan Sarandon Fələstinə dəstəyinin Hollivuddakı karyerasına təsir etdiyini deyib

11:12
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

5 Sentyabr 03:00
Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin
Fələstin

Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

2 Sentyabr 18:35

Son Xəbərlər

Yəmən husilərdən təmizlənir - qubernator
Yəmən husilərdən təmizlənir - qubernator
13:20
Hira Mədəniyyət məhəlləsindəki Quran Muzeyi islam dizaynı ilə təbii gözəlliyi vəhdətdə birləşdirir
Hira Mədəniyyət məhəlləsindəki Quran Muzeyi islam dizaynı ilə təbii gözəlliyi vəhdətdə birləşdirir
13:10
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
12:06
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
12:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.