7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

İsrailin Qəzzada yeni silahı – KÜTLƏVİ ACLIQ

İsrail, 21 aydan artıq davam edən müharibə səbəbindən mühasirəyə alınmış və dağıdılmış Qəzza zolağında hökm sürən fəlakətli humanitar vəziyyətə görə beynəlxalq təzyiqlərlə üz-üzədir.

23 İyul 2025 12:00
İsrailin Qəzzada yeni silahı – KÜTLƏVİ ACLIQ

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

100-dən çox qeyri-hökumət təşkilatı çərşənbə günü Qəzza zolağında “kütləvi aclıq” təhlükəsinin sürətlə artdığı barədə xəbərdarlıq edib. Bu arada, ABŞ hökuməti humanitar yardım üçün xüsusi “dəhliz” yaradılması məqsədilə ABŞ elçisi Stiv Uitekoffun Avropaya yollanacağını açıqlayıb.

İsrail, 21 aydan artıq davam edən müharibə səbəbindən mühasirəyə alınmış və dağıdılmış Qəzza zolağında hökm sürən fəlakətli humanitar vəziyyətə görə beynəlxalq təzyiqlərlə üz-üzədir.

Çərşənbə axşamı Qəzzadakı “Şəfa Tibb Kompleksi” son 72 saat ərzində 21 uşağın qidalanma çatışmazlığı və aclıq səbəbindən vəfat etdiyini açıqlayıb. BMT isə xəbərdarlıq edir: “Aclıq hər bir qapını döyür”.

“Əl-Səfir”in məlumatına görə, “Sərhədsiz Həkimlər”, “Amnesty International”, “Oxfam International”, “Dünyanın Həkimləri” və “Caritas” kimi nüfuzlu QHT-lər də daxil olmaqla onlarla təşkilat birgə bəyanatla çıxış edərək bildirib: “Qəzzada kütləvi aclıq yayılır, həm əməkdaşlarımız, həm də yardım göstərdiyimiz insanlar əldən düşüblər”.

QHT-lər dərhal atəşkəsin təmin olunmasını, Qəzzaya bütün quru keçidlərin açılmasını və humanitar yardımın maneəsiz daxil olmasına şərait yaradılmasını tələb ediblər.

Bu bəyanat, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İsrail ordusunu may ayının sonundan bu yana Qəzzada yardım paylama məntəqələri yaxınlığında min nəfərdən çox insanı öldürməkdə ittiham etməsindən bir gün sonra səsləndirilib. Həlak olanların əksəriyyəti ABŞ və İsrailin dəstəklədiyi, maliyyə mənbələri qeyri-müəyyən olan “Qəzza Humanitar Fondunun” yardım məntəqələrinin yaxınlığında olublar.

İsrail tərəfi isə HƏMAS təşkilatını fürsətdən istifadə edib yardımları ələ keçirmək və onları yüksək qiymətə satmaqda, eləcə də yardımı gözləyənlərə atəş açmaqda ittiham edir.

İsrail rəsmiləri bölgəyə böyük miqdarda yardımın daxil olmasına imkan verdiklərini iddia etsələr də, QHT-lər bu prosesin çoxsaylı məhdudiyyətlərlə müşayiət olunduğunu vurğulayır.

QHT-lərin birgə bəyanatında qeyd olunur: “Qəzza zolağının içində və kənarındakı anbarlarda minlərlə ton ərzaq, içməli su, dərman preparatları, sığınacaq vasitələri və yanacaq yardımı istifadəsiz qalıb. Humanitar təşkilatların bu ehtiyatlara çatmasına və bölgəyə çatdırmasına imkan verilmir.”

Aclıq və fəlakət dərinləşir

BMT Baş katibi Antoniu Quterreş çərşənbə axşamı bildirib ki, İsrail ilə “HƏMAS” arasında baş verən müharibənin Qəzzada yaratdığı dəhşətlər, xüsusilə ölüm sayları və genişmiqyaslı dağıntılar, “müasir tarixdə bənzəri olmayan” bir səviyyəyə çatıb.

Quterreş BMT Təhlükəsizlik Şurasının iclasında deyib: “Qəzzada baş verən dəhşətləri seyr etməkdən yorulduq. Belə ölüm və dağıntı səviyyəsi müasir tarixdə görünməyib. Qidalanma çatışmazlığı artır, aclıq bütün qapıları döyür.”

Qəzza şəhərində yerləşən “Şəfa” Tibb Mərkəzinin direktoru doktor Məhəmməd Əbu Səlimiyyə təsdiqləyib ki, son 72 saatda 21 uşaq aclıq və qidalanma çatışmazlığı səbəbindən vəfat edib.

Cənubdakı Nəsir Xəstəxanasında isə Fransız mətbuat agentliyi valideynlərin aclıqdan vəfat etmiş 14 yaşlı oğulları Əbdülcəvad əl-Cəlləbanın cəsədi üzərində ağladığı görüntüləri yayıb. Cəsəd ağ rəngli kisədə sarılmış halda görüntülənib.

ABŞ humanitar dəhliz üçün təşəbbüsə başlayır

Bu çərçivədə ABŞ çərşənbə axşamı bəyan edib ki, elçi Stiv Uitkoff Avropaya yola düşəcək və Qəzza üçün nəzərdə tutulan humanitar yardım dəhlizi ilə bağlı yekun danışıqlar aparacaq.

ABŞ Dövlət Departamentinin sözçüsü Tami Brüs jurnalistlərə açıqlamasında deyib: “Uitkoff bölgəyə yollanacaq və ümid edir ki, yeni atəşkəs və yardım dəhlizi planı irəli sürüləcək. Hər iki tərəf bu ideyaya müsbət yanaşır.”

Danışıqlarda irəliləyiş yoxdur

21 aydan çoxdur davam edən müharibə fonunda İsrail, HƏMAS-ın 2007-ci ildən bəri nəzarət etdiyi Qəzza zolağında gündəlik bombardmanlarını davam etdirir.

Məqalədə: #Qəzza zolağı #HƏMAS #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzzanın yenidən qurulması #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #HƏMAS girovları #HƏMAS-ın Qərb Sahilində yüksəlişi #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzada müharibədən sonrakı vəziyyət #Hizbullah və Qəzza həmrəyliyi #Qəzza böhranı və Qərbin mövqeyi #AFAD Qəzzaya humanitar yardım #HƏMAS rəsmisi Usamə Həmdan #7 Oktyabr HƏMAS hücumu #HƏMAS İsrail münaqişəsi #HƏMAS-ın hərbi strategiyası #HƏMAS İsrailə necə hücum etdi? #ABŞ-ın HƏMAS-a qarşı strategiyası #HƏMAS və İsrail münaqişəsi #Həmasın təşkilati strukturu #Xalq HƏMAS-ın uzaqlaşdırılmasını istəyir #HƏMAS-ın raket atışları təxliyələrə səbəb olur #İsrailin HƏMAS-a qarşı siyasəti #HƏMAS və İsrail

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23

Son Xəbərlər

Yəmən husilərdən təmizlənir - qubernator
Yəmən husilərdən təmizlənir - qubernator
13:20
Hira Mədəniyyət məhəlləsindəki Quran Muzeyi islam dizaynı ilə təbii gözəlliyi vəhdətdə birləşdirir
Hira Mədəniyyət məhəlləsindəki Quran Muzeyi islam dizaynı ilə təbii gözəlliyi vəhdətdə birləşdirir
13:10
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
12:06
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
12:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.