8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Sasani İmperiyasından bu günə - Farsların ərəb mədəniyyətinə qarşı "Yumşaq Güc" mübarizəsi

"Bil ki, əksər firqələrin İslam dinindən çıxma səbəbi budur: Farslar geniş mülkə, bütün millətlər üzərində üstünlüyə və öz nəzərlərində böyük bir əzəmətə sahib idilər. Belə ki, onlar özlərini 'azadlar və ağalar' adlandırır, digər insanları isə özlərinə qul hesab edirdilər. Dövlətləri ərəblər tərəfindən devrildikdə və hakimiyyətləri əllərindən çıxdıqda - hansı ki, ərəblər farsların nəzərində millətlərin ən əhəmiyyətsizi idi - bu hadisə onlara çox ağır gəldi və müsibətləri qat-qat artdı. Müxtəlif vaxtlarda müharibə yolu ilə İslama hiylə qurmağa çalışdılar, lakin hər dəfə Allahu-Təala haqqı qalıb etdi. Sinbad, Aşnas ,əl-Muqəffə və başqaları bu işin başında duranlardan idi... Sonra gördülər ki, hiylə yolu ilə İslama zərbə vurmaq daha effektivdir. Beləliklə, onlardan bir qrupu zahirən İslamı qəbul etdi və Rəsulullahın (s.a.s) Əhli-beytinə məhəbbət nümayiş etdirərək, Əli bin Əbu Talibə edilən zülmü qabardaraq şiə tərəfdarlarını özlərinə çəkdilər. Daha sonra onları müxtəlif yollara sövq edərək doğru yoldan çıxardılar."

3 May 2026 18:00
Sasani İmperiyasından bu günə - Farsların ərəb mədəniyyətinə qarşı "Yumşaq Güc" mübarizəsi

BAKI,VOA Analitik Təhlil Mərkəzi

Tarixçi Təqiəddin əl-Məqrizi "əl-Məvaiz vəl-İtibar bi-zikril-Xitət vəl-Asar" kitabında müsəlmanların ayrılması və məzhəblərin, firqələrin ortaya çıxma səbəbləri haqqındakı fəsildə belə deyir:

"Bil ki, əksər firqələrin İslam dinindən çıxma səbəbi budur: Farslar geniş mülkə, bütün millətlər üzərində üstünlüyə və öz nəzərlərində böyük bir əzəmətə sahib idilər. Belə ki, onlar özlərini 'azadlar və ağalar' adlandırır, digər insanları isə özlərinə qul hesab edirdilər. Dövlətləri ərəblər tərəfindən devrildikdə və hakimiyyətləri əllərindən çıxdıqda - hansı ki, ərəblər farsların nəzərində millətlərin ən əhəmiyyətsizi idi - bu hadisə onlara çox ağır gəldi və müsibətləri qat-qat artdı. Müxtəlif vaxtlarda müharibə yolu ilə İslama hiylə qurmağa çalışdılar, lakin hər dəfə Allahu-Təala haqqı qalıb etdi. Sinbad, Aşnas ,əl-Muqəffə və başqaları bu işin başında duranlardan idi... Sonra gördülər ki, hiylə yolu ilə İslama zərbə vurmaq daha effektivdir. Beləliklə, onlardan bir qrupu zahirən İslamı qəbul etdi və Rəsulullahın (s.a.s) Əhli-beytinə məhəbbət nümayiş etdirərək, Əli bin Əbu Talibə edilən zülmü qabardaraq şiə tərəfdarlarını özlərinə çəkdilər. Daha sonra onları müxtəlif yollara sövq edərək doğru yoldan çıxardılar."

Məqrizinin bu mətni bizə Şüubiyyə fenomeninin erkən köklərini açır. Şüubiyyə - İslamın ilk dövrlərində və sonrasında ortaya çıxan, ərəblərlə mübahisə edən, onları aşağılayan və farslar başda olmaqla digər millətləri ucaldan intellektual və mədəni bir meyildir. Məqrizinin izah etdiyi kimi bu cərəyanın yaranma səbəbi ərəblərin əli ilə Sasani-Kəsra dövlətinin süqutunun qoyub getdiyi "tarixi yara"dır. Bu süqut sadəcə hakimiyyətin bir millətdən digərinə keçməsi deyil, sivilizasiya şüurunda baş verən dərin bir inqilab idi. Özünü şərəfin zirvəsində və hakimiyyət sahibi kimi görən, özünü "azadlar və ağalar" adlandıran bir millət, aşağı dərəcəli hesab etdiyi və bir gün gəlib rəhbər və qalib olacaqlarını xəyalına belə gətirmədiyi bir qövm qarşısında məğlub olduğunu gördü.

Bu ani çevrilmə dövlətin yox olması ilə sönmədi, əksinə, fars cəmiyyətinin müəyyən təbəqələrinin şüurunda gizli qaldı. Zamanla bu, boğulmuş bir acığa və ya itirilmiş mövqeyi bu dəfə qılıncla deyil, mədəniyyət, dil, keçmişin və təsəvvürlərin yenidən yazılması yolu ilə bərpa etməyə çalışan bir kompensasiya meylinə çevrildi.

Şüubiyyə ərəb-İslam irsində olduqca mürəkkəb və bir-birinə keçmiş intellektual, sosial və siyasi fenomendir. Rəhbərlərinin əksəriyyəti fars olan bu cərəyan, özünün ən bariz təzahürlərində, fars torpaqlarının İslam dövlətinin idarəçiliyinə keçməsindən sonrakı mədəni və milli reaksiya anını təmsil edirdi. Buna görə də, bu cərəyan yeni dinin qabı olan "ərəb mədəniyyətinin" dayandığı mədəni və sosial sütunları yıxmağı hədəfləyən bütöv bir strateji layihə qurmağa çalışdı. Bununla da ədəbiyyatda, tarixdə və əqidədə "yumşaq güc" mexanizmlərindən istifadə edərək itirilmiş fars əzəmətini geri qaytarmağa cəhd etdi.

Əməvilər dövrünün sonunda görünməyə başlayan və Abbasi dövrünün əvvəllərində, xüsusən də Əbu Müslim Xorasaninin əlinə keçən hərbi gücün artması ilə kəskin şəkildə ortaya çıxan Şüubiyyə cərəyanı, İslam libası altında fars ambisiyalarını canlandırmaq modeli idi. Əbu Müslim Xorasani öz ambisiyalarının və hədsiz xəyallarının qurbanı olsa da, arxasında həmin andan ilham alan və itirilmiş şöhrəti bərpa etmək istəyən qruplar qoydu. Fars qruplarının bir hissəsi onu Zərdüştün xəlifəsi və ya içində ilahi bir parçanın həll olduğu xilaskar kimi görürdülər. Bunların hamısı irqi, məzhəbi və milli motivlərlə hərəkət edən, məqsədi İslamın üzərində qurulduğu sütunu - ərəbləri və ərəb dilini yıxmaq olan firqələr idi.

Fars Şüubiyyəsi İslamın ilk dövrlərindən etibarən ərəb yarımadasının irsini ləkələmək, ərəblərin tarixini və mənşəyini şübhə altına almaq, onların tarixi və mədəni köklərinə zərbə vurmaq, qədim ərəb nəsəblərinə hücum etmək və ərəb qəbilələrini aşağılamaq üçün əlindən gələni etdi. Hətta iş o yerə çatdı ki, Peyğəmbərin (s.a.s) qəbiləsinə (Qureyş qəbiləsi) təhqiramiz əsərlər yazdılar.

Onlardan biri Heysəm bin Adidir ki, Qureyş xanımlarının eyiblərindən bəhs edən alçaq bir kitab yazmışdı. Səhl bin Harun və şüubiyyəçi fars Allən əl-Vərraq da "əl-Meydan fil-Məsalib" və Qureyşin eyibləri haqqında kitablar yazmışdılar. Həmçinin şüubiyyəçi əl-Ceyhani ərəbləri təsvir edərək həyasızcasına belə demişdi: "Onlar siçovul, kərtənkələ, kor siçan və ilan yeyirlər".

Onlar ərəblərin heç bir üstünlüyünü, nəcibliyini və ya özəlliyini buraxmadılar ki, ona qarşı çıxmasınlar, təhqir etməsinlər və ya təhrif edib inkar etməsinlər. Ərəblərin dilinə, ədəbiyyatına, nəsrinə, poeziyasına, bəlağətinə, əruzuna, hikmətlərinə və atalar sözlərinə hücum etdilər. "Eyiblər kitabları" (Kutubul-Məsalib) yazdılar, hər qəbilənin tənqid olunduğu bir beyitə, qınanıldığı bir işə və ya orada baş vermiş bir cinayətə üz tutdular; bunları qeyd edib yaydılar. Hətta ayələri öz mənalarından uzaqlaşdırmaq üçün əlləri Qurana və onun təfsirinə qədər uzandı. Eyni şəkildə hədis-i şəriflərə də müdaxilə etdilər; farsların fəziləti haqqında çoxlu uydurma hədislər düzəldib onları mötəbər səhabələrə və tabiinlərə nisbət etdilər.

Təbii ki, bu, farslar arasında hakim olan cərəyan deyildi. Onların bir çoxunun İslama, ərəb dilinə xidmətdə, hətta İslamı müdafiə etməkdə böyük rolu olmuşdur. Onların ən məşhurlarından biri əslən fars olan İbn Quteybə əd-Dinəvəridir. O, "Fədlül-Arab vət-Tənbihi ala Ulumiha" (Ərəblərin fəziləti və elmləri haqqında xəbərdarlıq) adlı kitab yazaraq Şüubiyyənin iddialarını əqli və nəqli müzakirələrlə təkzib etmişdir. O, vurğulamışdır ki, ərəblərə üstünlük verilməsi irqi təəssübkeşlik deyil, sonuncu mesajın daşıyıcısı olmaqla bağlı "ilahi seçimdir". İbn Quteybə Şüubiyyəni qəbul edənlərin cəmiyyətin ən aşağı və cahil təbəqəsi olduğunu qeyd edərək deyirdi: "Bu Şüubiyyəçilər arasında ərəblərə qarşı ən köklü düşmənçilik bəsləyən və ən çox nifrət edənlərin aşağı təbəqələr, cahillər, kəndli kütlələri və kənd işçilərinin övladları olduğunu gördüm. Əcəmlərin (farsların) şərəfliləri, hörmətliləri və dindarları isə öz haqlarını və vəzifələrini bilir, şərəfi sabit bir nəsil olaraq görürlər".

Bu fenomen qədim tarixi dövrlərin bir hissəsi olsa da, onun öyrənilməsi indiki intellektual və mədəni mövqelərin köklərini anlamağa kömək edə bilər. Əbdüləziz əd-Duri özünün mühüm "Şüubiyyənin tarixi kökləri" kitabının müqəddiməsində dediyi kimi: Bizim tariximiz bir-biri ilə əlaqəli və bağlıdır, bir-birini izləyən halqalardan və ya bir-birinə aparan axından ibarətdir. "Ümmətin bu günü onun tarixi gedişatının nəticəsi və gələcək yolunun başlanğıcıdır. Buna görə də tarixdə qırıqlıq yoxdur və heç bir hadisə köksüz və hazırlıqsız ortaya çıxmır."

Məqalədə: #Abbasilər #İbn Abbasın fətvaları #Sasani imperiyası #İmperiyaları sarsıdan zərbə: Sasani baş komandanı Rüstəmin sonu #Sasani imperiyasının süqutu #Farslar #Sinbad #Aşnas #əl-Muqəffə #Əli bin Əbu Talibə edilən zülm #Şüubiyyə #Əbu Müslim Xorasani #Zərdüşt #Qureyş qəbiləsi #Fədlül-Arab vət-Tənbihi ala Ulumiha #Şüubiyyənin tarixi kökləri

Mövzu üzrə digər xəbərlər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00
Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı
ArabAZ analitika: Geosiyasi təhlillər

Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı

7 Sentyabr 09:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56

Son Xəbərlər

Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.