6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Biz dünyanın ilk elektron döyüş qabiliyyətinə malik pilotsuz suüstü vasitələrini inşa edirik - Ərdoğan

19 Yanvar 2024 17:56
Biz dünyanın ilk elektron döyüş qabiliyyətinə malik pilotsuz suüstü vasitələrini inşa edirik - Ərdoğan

Bakı. AzerVoice:

Biz dünyanın ilk elektron döyüş qabiliyyətinə malik pilotsuz suüstü vasitələrini inşa edirik.

AzerVoice-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, yeni gəmi platformalarının Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilməsi mərasimində çıxışı zamanı deyib.

"Biz, dünyanın ilk elektron döyüş qabiliyyətinə malik pilotsuz suüstü vasitələrini inşa edirik. Avtonom suüstü dəniz gəmimiz Marlin SİDA kəşfiyyat, kəşfiyyat və müşahidə, yerüstü döyüş, elektron dəstək və elektron hücum missiyalarını pilotsuz və tam avtonom şəkildə yerinə yetirəcək. Marlin SİDA üstün texniki xüsusiyyətləri ilə dənizlərdə üstünlüyümüzü dəstəkləyəcək, dostlara güvən, düşmənlərə qorxu verəcək. İnanıram ki, Marlin SİDA, Dəniz Qüvvələrimizə faydalı olacaq",- deyə Ərdoğan qeyd edib.

Ərdoğan bildirib ki, MİLGEM layihəsinin beşinci gəmisi olan TCG İstanbul, Türkiyənin daxili imkanlarla istehsal etdiyi ilk milli freqatdır. Biz bu gəmiyə öz imkanlarımızla müxtəlif radar, yaxın hava hücumundan müdafiə və elektron döyüş sistemləri hazırlayıb inteqrasiya etdik. TCG İstanbul-a inteqrasiya olunmuş sistemlərdən biri də milli şaquli buraxılış sistemidir.

"Bu gün istifadəyə verdiyimiz logistik dəstək gəmimiz TCG baş leytenant Arif Ekmekçi, döyüş elementlərinin yanacaq, şirin su və qida ehtiyaclarını təmin edəcək. İnanıram ki, təhvil verilən gəmilər donanmamıza və Türkiyə Silahlı Qüvvələrinə faydalı olacaq. Bizə bu sevinci və qüruru yaşadan hər kəsə, hər bir quruma öz adımdan, ölkəm və millətim adından təşəkkür edirəm",- deyə Türkiyə prezidenti vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan onu da əlavə edib ki, bizi qürurlandıran bu uğurlu layihələrin sirri, müəssisələrimiz arasında getdikcə daha sıx əməkdaşlıq və koordinasiya olmasıdır. Təşkilatlararası koordinasiya və anlaşma birliyi gücləndikcə yeni və güclü layihələr ortaya çıxır. Qarşıdakı dövrdə bu koordinasiyanı daha da irəli apararaq yeni uğurlar qazanacağımıza ürəkdən inanıram.

Aytac Süleymanova

Twitter: a_alieva_

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.