7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

TBMM-nin təşəbbüsü ilə Fələstinə dəstək platforması yaradılır

17 Aprel 2025 12:00
TBMM-nin təşəbbüsü ilə Fələstinə dəstək platforması yaradılır

BAKI, AzerVoice

İstanbulda keçiriləcək beynəlxalq toplantıda Fələstinə dəstək üçün 13 ölkənin parlament nümayəndələri bir araya gələcək.

AzerVoice xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin təşəbbüsü ilə sabah İstanbulda baş tutacaq iclasda Fələstinə Dəstək Parlament Qrupunun rəsmi təsis olunması planlaşdırılır.

Qrupun əsas məqsədi Fələstin məsələsində parlamentlərarası əməkdaşlıq və məsləhətləşməni gücləndirməkdir.

Toplantıya TBMM sədri Numan Kurtulmuş ev sahibliyi edəcək. Prezident Rəcəb Tayyib Ərdoğanın da tədbirdə çıxış edəcəyi gözlənilir. Açılış nitqi ilə Kurtulmuş çıxış edəcək, ardınca isə 13 ölkənin parlament rəhbərləri Fələstinə dəstək mövzusunda mövqelərini açıqlayacaqlar.

Tədbirdə Fələstin Milli Şurasının sədri Ravhi Fattouh, Qətər Şura Şurasının sədri Həsən bin Abdulla Əl Qanim, BƏƏ Federal Milli Şurasının sədri Sakr Qobaş, Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq, Malayziya parlamentindən Tan Sri Dato Johari bin Əbdül, İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani, Seneqal, İordaniya, Bəhreyn, Əlcəzair, Azərbaycan və Misirdən yüksək səviyyəli nümayəndələr iştirak edəcək. Azərbaycanı Milli Məclis sədrinin müavini Əli Əhmədov təmsil edəcək.

İspaniya Deputatlar Palatasının sədri Fransina Armenqol Sosias isə toplantıya videomüraciətlə qatılacaq.

Tədbirin əsas məqsədi İsrailin Qəzza və digər Fələstin ərazilərində törətdiyi zorakılıqlara qarşı beynəlxalq ictimaiyyəti ortaq mövqeyə çağırmaq və parlament diplomatiyası vasitəsilə sülh təşəbbüslərini gücləndirməkdir.

Qeyd edək ki, TBMM sədri Numan Kurtulmuşun təşəbbüsü ilə başlanan bu parlament təşəbbüsü, Fələstin uğrunda parlamentlərarası həmrəylik xəttinin yaradılmasını hədəfləyir. Görüşdə iki dövlətli həll modelinə dəstək, Fələstin dövlətini tanıyan ölkələrin sayının artırılması və işğal altındakı ərazilərdə baş verən humanitar böhranların aradan qaldırılması yolları da müzakirə ediləcək.

Toplantı sonunda birgə bəyannamənin qəbul ediləcəyi və parlament rəhbərlərinin ikitərəfli görüşlər keçirəcəyi planlaşdırılır.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Azərbaycan #İstanbul #Fələstin #Numan Kurtulmuş #İspaniya #Türkiyənin diplomatik dəstəyi #Türkiyə Fələstin dəstəyi

Mövzu üzrə digər xəbərlər

Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş

Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib

6 Sentyabr 10:00
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.