5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Canımız bahasına Kipri müdafiə etməyə hazırıq - Ərdoğan

3 May 2025 20:11
Canımız bahasına Kipri müdafiə etməyə hazırıq - Ərdoğan

BAKI, AzerVoice

Bu gün bir daha bəyan edirəm: Canımız bahasına bu torpaqları (Kipri red.) müdafiə etməyə hazırıq.

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasında "Teknofest KKTC" festivalında çıxış edərkən deyib.

"Bunu bilməyənlər bilsin, eşitməyənlər eşitsin: Bu torpaqlar bizə şəhidlərimizin mirası və əmanətidir. Burada silinməz xatirələrimiz var. 51 il əvvəl burada idik, bu gün də buradayıq. Bu fürsətlə qanları ilə dastan yazan bütün şəhidlərimizi rəhmət, minnət və şükranla yad edir, həyatda olan qazilərimizə Uca Allahdan xeyirli və sağlam ömürlər diləyirəm" - deyə, o əlavə edib.

Türkiyə prezidenti həmçinin, Teknofesti Türk millətinin gələcəyi üçün atılan vacib bir addım kimi qiymətləndirib.

"Teknofest KKTC yalnız bir festival deyil, eyni zamanda Türk milləti ilə Kipr türklərinin – iki dövlət olaraq ortaq gələcəyə doğru atdığı qətiyyətli bir addımdır. Biz Türk milləti və Kipr türkləri olaraq bu torpaqlarda qonaq yox, ev sahibiyik" - deyə, Ərdoğan bildirib.

Bununla yanaşı Ərdoğan, Türkiyənin milli texnologiya sahəsində əldə etdiyi uğurlara da diqqət çəkib.

"Tam müstəqil Türkiyə idealımız naminə yerli və milli texnologiya həmləmizi başlatdıq. Bu gün pilotsuz uçuş aparatlarında gəldiyimiz səviyyədə, şübhəsiz ki, mərhum Özdemir Bayraktarın böyük payı var. Bu işə başladıqda bizə “boşuna ümidlənməyin, edə bilməzsiniz, bacarmazsınız” deyənlərə bu gün ən gözəl cavabı sizinlə birlikdə veririk" - deyə, Ərdoğan vurğulayıb.

Ərdoğan, son zamanlar Türkiyədə gündəmdə olan müxalifət ilə bağlı qalmaqalların təkrarlanmayacağına xüsusi vurğu edib.

"Sizdən aldığımız ilham və sizin istehsal etdiyiniz texnologiyalarla daha güclü bir Türkiyə və daha rifahlı bir Şimali Kipr Türk Respublikasını inşa edəcəyik. Son dövrdə ictimaiyyətimizi narahat edən saxta diplom kimi utancverici qalmaqallar bir daha təkrarlanmayacaq. Gənclərimizin haqlarının tapdanmasının qarşısını alırıq və almağa davam edəcəyik" - deyə, Ərdoğan qeyd edib.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Şimali Kİpr Türk Respublikası #Teknofest #TEKNOFEST Şimali Kipr 2025

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
13:33
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.