5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türkiyə və Suriya liderləri regional məsələləri müzakirə ediblər (ƏLAVƏ OLUNUB)

24 May 2025 18:43
Türkiyə və Suriya liderləri regional məsələləri müzakirə ediblər (ƏLAVƏ OLUNUB)

BAKI, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhməd əş-Şəraa ilə Dolmabağça İş Ofisində görüş keçirib.

AzerVoice xəbər verir ki, Suriya lideri Prezident Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Görüşdə Türkiyə tərəfindən xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün iştirak edib.

Suriya tərəfdən isə xarici işlər naziri Əsəd Həsən Şeybani və digər rəsmi şəxslər görüşdə yer alıblar.

Prezidentlər arasında keçirilən görüş mətbuata qapalı şəraitdə baş tutub.

Görüşdə Türkiyə-Suriya ikitərəfli münasibətləri, o cümlədən regional və qlobal proseslər müzakirə olunub.

Türkiyə Prezidenti görüş zamanı İsrailin Suriya ərazilərindəki təcavüzkar siyasətinin qəbuledilməz olduğunu, Türkiyənin bu mövqeyə qarşı çıxmağa davam edəcəyini vurğulayıb.

Həmçinin qeyd olunub ki, Türkiyə ilə Suriya arasında enerji, müdafiə və nəqliyyat başda olmaqla bir çox sahədə əməkdaşlıq və əlaqələrin inkişafı davam edəcək.

Əhməd əş-Şəraa isə, sanksiyaların ləğvində göstərdiyi dəstək və səylərinə görə Ərdoğana təşəkkür edib.

Türkiyə və Suriya liderləri regional məsələləri müzakirə ediblər (ƏLAVƏ OLUNUB) Türkiyə və Suriya liderləri regional məsələləri müzakirə ediblər (ƏLAVƏ OLUNUB)
Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Hakan Fidan #Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) #Suriya #Əhməd Əl-Şaraa #Türkiyə və Suriya münasibətləri

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
13:33
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.