7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Hakan Fidan Rusiyaya səfər edəcək

25 May 2025 14:20
Hakan Fidan Rusiyaya səfər edəcək

BAKI, AzerVoice

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun dəvəti ilə 26–27 may tarixlərində Rusiyaya rəsmi səfər edəcək.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Xaricin İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Hakan Fidanın Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul olunması və həmkarı Sergey Lavrov ilə görüşməsi planlaşdırılır.

Fidanın, 16 may tarixində İstanbulda keçirilmiş Rusiya–Ukrayna danışıqlarında Rusiya heyətinə rəhbərlik etmiş Prezidentin köməkçisi Vladimir Medinski, Müdafiə naziri Andrey Belousov və digər yüksək vəzifəli Rusiya rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.

Görüşlərdə Türkiyə və Rusiyanın ikitərəfli münasibətlərinin ətraflı şəkildə müzakirə olunması, ticarət, enerji və turizm kimi əsas əməkdaşlıq sahələrindəki vəziyyətin nəzərdən keçirilməsi və atıla biləcək addımların dəyərləndirilməsi gözlənilir.

Bundan əlavə, Fidanın 2022-ci ildə və mayın 16-da olduğu kimi, tərəflərin iştirak etdiyi danışıqlarda Türkiyənin vasitəçi rol oynamağa hazır olduğunu bir daha ifadə etməsi, həmçinin Suriya, Qəzza və Cənubi Qafqaz daxil olmaqla regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparması nəzərdə tutulur.

Məqalədə: #Türkiyə #Rusiya #Hakan Fidan #Türkiyə Xarici İşlər Nazirliyi #Vladimir Putin #Sergey Lavrov #Andrey Belousov #rəsmi səfər #Vladimir Medinski

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.