7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

İstanbul Hava Limanında qlobal gücə, güc qatırıq - Uraloğlu

17 Aprel 2025 12:34
İstanbul Hava Limanında qlobal gücə, güc qatırıq - Uraloğlu

BAKI, AzerVoice

İstanbul Hava Limanı Avropada ilkə imza atıb. Eyni vaxtda üçlü müstəqil uçuş-enmə əməliyyatı başladılıb.

AzerVoice xəbər verir ki, İstanbul Hava Limanında “eyni vaxtda üçlü müstəqil uçuş-enmə zolağı əməliyyatı” xidmətinin istifadəyə verilməsi ilə bağlı mərasim keçirilib. Mərasimdə çıxış edən Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bu yeniliyin hava nəqliyyatında qlobal gücə güc qatdığını bildirib.

Nazirin sözlərinə görə, yeni sistemlə İstanbul Hava Limanında eyni anda üç təyyarə tamamilə müstəqil zolaqlarda enə və ya havaya qalxa biləcək. Uraloğlu bu imkanın hava nəqliyyatında sürət, çeviklik və səmərəliliyi artıracağını vurğulayıb.

Nazir həmçinin bildirib ki, beynəlxalq uçuş şəbəkəsi də əhəmiyyətli dərəcədə genişlənib. Hazırda Türkiyədən 132 ölkəyə 352 istiqamətdə beynəlxalq uçuşlar həyata keçirilir. Bu göstərici ölkənin qlobal hava nəqliyyatında artan rolunu və əlaqə imkanlarının genişlənməsini ortaya qoyur.

Qeyd edək ki, bu sistemlə İstanbul Hava Limanı Avropada “üçlü müstəqil uçuş-enmə zolağı əməliyyatını” tətbiq edən ilk hava limanı olub. Hazırlıqlara 2022-ci ilin sonlarında başlanılıb, 2023–2024-cü illərdə isə EUROCONTROL və digər beynəlxalq aviasiya qurumları ilə geniş texniki və təhlükəsizlik təhlilləri aparılıb.

Eyni zamanda, 2025-ci ilin mart ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 17 milyon 961 min 463 nəfər olub.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 5,6 faiz azalaraq, 3 milyon 423 min 383 nəfər, beynəlxalq reyslər üzrə isə 3 faiz artaraq 14 milyon 583 min 80 nəfər təşkil edib.

2025-ci ilin mart ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq 754 min 271 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq, 40 min 988 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 7 faiz artaraq, 713 min 283 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin mart ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin mart ayı ilə müqayisədə 1 faiz artaraq, 121 min 638 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz azalaraq, 25 min 576, beynəlxalq reyslər üzrə isə 3 faiz artaraq 96 min 62 olub.

2025-ci ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 45 milyon 139 min 958 nəfər, yük daşınması isə 1 milyon 38 min 913 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Nazir çıxışında İstanbul Hava Limanının həm ölkə daxilində, həm də beynəlxalq arenada rekordlara imza atdığını bildirib.

#Canlı | İstanbul Havalimanı Üçlü Pist Uçuş Operasyonu https://t.co/BGbbwg0ZvP

— Abdulkadir URALOĞLU (@a_uraloglu) April 17, 2025
Məqalədə: #Türkiyə #İstanbul #Abdulkadir Uraloğlu #İstanbul Hava Limanı #hava limanları #Avtomatlaşdırılmış uçuş sistemi #Hava limanlarında yüksək texnologiya #Hava nəqliyyatı innovasiyaları #EUROCONTROL #Üçlü müstəqil uçuş-enmə zolağı əməliyyatı

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.