Donald Trampın səhhəti “əladır”
ABŞ prezidenti Donald Tramp planlı tibbi müayinədən keçib və həkiminin sözlərinə görə, ümumi sağlamlıq vəziyyəti “əladır”. Tramp, Vaşinqton yaxınlığındakı “Valter Rid” Hərbi Tibb Mərkəzində illik tibbi müayinədən keçib. Ağ Ev tərəfindən yayılan məktubda Trampın həkimi Şon Barbabell bildirib ki, “prezident Tramp əla ümumi sağlamlıq göstəricilərini qorumaqda davam edir”.
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 yanvar saat 06:00-dək uzadılıb.
Fransa Avropada müharibə ehtimalına qarşı xəstəxanaları hazırlayır
Fransa Səhiyyə Nazirliyi ölkənin bütün xəstəxanalarına 2026-cı ilin mart ayına qədər Avropada genişmiqyaslı silahlı münaqişə ehtimalı ilə bağlı fövqəladə planlar hazırlamağı tapşırıb. Rəsmi sənədlərə əsasən, regional tibb müəssisələri 10 mindən 50 minədək yaralı NATO və Fransa hərbçisini qəbul edib, onların müalicəsini 10 gündən 180 günədək təmin edə biləcək səviyyəyə gətirilməlidir.
Elm adamları viruslara qarşı “universal dərman” hazırlayır
Elm adamları viruslara qarşı geniş təsirli yeni müalicə üsulu üzərində mühüm addım atıb. Columbia Universitetindən pediatrik immunologiya professoru Dusan Boqunoviçin rəhbərlik etdiyi qrup, nadir genetik mutasiyadan ilhamlanaraq təcrübəvi antiviral dərman hazırlayıb.
İngiltərə uşaqları ekran asılılığından qorumağa hazırlaşır
İngiltərə hökuməti, 16 yaşadək uşaqları ekran asılılığından və zərərli onlayn məzmunlardan qorumaq məqsədilə sosial media istifadəsinə gündəlik iki saatlıq limit və gecə istifadəsinə məhdudiyyət tətbiq etməyi planlaşdırır.