7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Türk Dövlətləri Təşkilatının Səhiyyə Nazirləri Qazaxıstanda toplanıb

8 Aprel 2025 16:15
Türk Dövlətləri Təşkilatının Səhiyyə Nazirləri Qazaxıstanda toplanıb

BAKI,AzerVoice

Türk Dövlətləri Təşkilatı (TDT) Səhiyyə Nazirlərinin 5-ci Toplantısı Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilib.

AzerVoice xəbər verir ki, görüşə ev sahibliyi edən Qazaxıstanın Səhiyyə Naziri Akmaral Alnazarovanın dəvəti ilə tədbirdə Azərbaycan Səhiyyə Naziri Teymur Musayev, Türkiyə Səhiyyə Naziri Kemal Memişoğlu, Qırğızıstan Səhiyyə Naziri Erkin Çeçeybayev, Özbəkistan Səhiyyə Naziri Asilbek Hudayarov və digər yüksək səviyyəli rəsmilər iştirak edib.

Açılışda çıxış edən Alnazarova, TDT ölkələri arasında səhiyyə sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, 2025-ci ilin “Birinci Addım Səhiyyə Xidmətləri İli” elan edilməsini təklif edib.

İclasda çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev ilk növbədə ötən il dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçuş edən “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğradığı zaman zərərçəkənlərin xilas etməsi üçün köməklik göstərən Qazaxıstanın Səhiyyə Nazirliyi və digər dövlət orqanlarının əməkdaşlarına, həmçinin köməkliyini əsirgəməyən qardaş ölkənin vətəndaşlarına təşəkkürünü bildirib.

"Qazaxıstanlı qardaş və bacılarımızın göstərdikləri həmrəylik Azərbaycan xalqının qəlbində böyük iz buraxıb"- deyə Musayev vurğulayıb.

Toplantıda çıxış edən Türkiyə Səhiyyə Naziri Kemal Memişoğlu, Türk dünyasının ortaq tarix və mədəniyyətlə bir ailə olduğunu qeyd edərək, TDT çərçivəsində səhiyyə sahəsində ortaq layihələrin inkişaf etdirilməsinə böyük önəm verdiklərini bildirib.

Memişoğlu, Türkiyənin uzun illər ərzində həyata keçirdiyi səhiyyə islahatları ilə birinci basamak səhiyyə xidmətlərində mühüm nailiyyətlər qazandığını vurğulayıb.

Məqalədə: #Türkiyə #Azərbaycan #Qazaxıstan #Özbəkistan #Qırğızıstan #Türk Dövlətləri Təşkilatı (TDT) #Səhiyyə Nazirliyi #Teymur Musayev #Kemal Memişoğlu #Erkin Çeçeybayev #Asilbek Hudayarov #Akmaral Alnazarova

Mövzu üzrə digər xəbərlər

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
Qazaxıstan

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər

13:52
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34

Son Xəbərlər

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
13:52
İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir
İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir
13:51
Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub
Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub
13:46
İraqda media ekoloji problemlərlə bağlı maarifləndirməni gücləndirəcək
İraqda media ekoloji problemlərlə bağlı maarifləndirməni gücləndirəcək
13:38
Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
13:35
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.