8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İstanbulda enerji sahəsində INRES 2025 zirvəsi keçiriləcək

2 May 2025 09:39
İstanbulda enerji sahəsində INRES 2025 zirvəsi keçiriləcək

BAKI, AzerVoice

İstanbulda 14 ölkənin iştirak etdiyi "Təbii Sərvətlər Zirvəsi" (INRES 2025) fəaliyyətə başlayıb.

AzerVoice xəbər verir ki, Turkuvaz Media-nın ev sahibliyi və Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə İstanbulda "Təbii Sərvətlər Zirvəsi" (INRES 2025) işə başlayıb.

Sammitdə enerji sahəsində qlobal əməkdaşlıq imkanları, strateji investisiyalar və resurs təhlükəsizliyi ilə bağlı kritik məsələlər müzakirə olunur. Tədbirə 14 ölkədən enerji və sənaye nazirləri, beynəlxalq təşkilatların nümayəndələri və nüfuzlu şirkət rəhbərləri qatılıb.

Zirvə Lütfü Kırdar Konqres Mərkəzində keçirilir. Səhər saatlarında start götürən sammitin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın günortadan sonra çıxış edəcəyi elan olunub. Zirvə çərçivəsində dörd əsas sessiya keçiriləcək və burada enerji təhlükəsizliyi, kritik minerallar, karbohidrogen ehtiyatları və enerji keçidində investisiya modelləri kimi məsələlər diqqət mərkəzində olacaq.

İlk sessiya “Enerji transformasiyası üçün kritik minerallar” mövzusuna həsr olunub. EPİAŞ(Enerji Bazarlarının İdarəedilməsi Səhmdar Cəmiyyəti) baş direktoru Taha Meli Arvasın moderatorluğu ilə keçirilən bu paneldə, Eti Maden CEO-su Yalçın Aydın, Mədən Birliyi Başçısı Mehmet Yılmaz, TÜMAD Mədən İdarə Heyətinin sədri Hasan Yücel, geosiyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə müstəqil araşdırma aparan HCSS-in strateji müşaviri Peter Handley və Norveç Enerji Texnologiyaları İnstitutu Qrup rəhbəri və tədqiqatçı Duyqu Yılmaz tələb və təklifin yeni kritik texnologiyalarını müzakirə edəcəklər.

İkinci sessiyada “Enerji keçidində mədənçilik” məsələsi gündəmə gətirilib. Bu panelin moderatoru Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar olub. Sessiyada Liviyanın sənaye və mədən naziri Əhməd Əbu-Heisa, Nigeriyanın mədən naziri Ousmane Abarchi, Somalinin neft naziri Dahir Şire Məhəmməd, Səudiyyə Ərəbistanının sənaye nazirinin müavini Xalid Əl Mudaifer və digər yüksək səviyyəli qonaqlar iştirak ediblər.

Günün ikinci yarısında keçiriləcək sessiyada isə “Təchizat təhlükəsizliyi: imkanlar və problemlər” mövzusu ətrafında müzakirələr aparılacaq. Bu müzakirədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov, İraqın baş nazirinin müavini və neft naziri Hayan Əbdül Qani Əlsəvad, Bolqarıstanın energetika naziri Jeço Stankov, Moldovanın energetika naziri Dorin Junghietu və Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja çıxış edəcəklər.

Sonuncu sessiyada isə “Karbohidrogenlər: Yeni strategiyalar” mövzusu gündəmdə olacaq. Sessiyaya OME-nin Karbohidrogenlər və Enerji Departamentinin direktoru Söhbət Karbuz moderatorluq edəcək. Panel iştirakçıları arasında TPAO-nun baş direktoru Əhməd Türkoğlu, SOCAR-ın vitse-prezidenti Anar Məmmədov, Schlumberger rəqəmsal departamentinin rəhbəri Gökhan, Uniper şirkətinin vitse-prezidenti Michael Hilmer və digər tanınmış adlar yer alır.

Qeyd edək ki, Türkiyə son on ildə enerji sahəsində mühüm addımlar ataraq həm daxili enerji təminatını gücləndirib, həm də beynəlxalq enerji diplomatiyasında fəal iştirakçıya çevrilib. Türkiyə bu gün Azərbaycan, Macarıstan, Nigeriya, Mərakeş, İraq və ABŞ da daxil olmaqla bir çox ölkələrlə enerji əməkdaşlığını genişləndirir. Sammit çərçivəsində Rumıniya ilə təbii qaz sahəsində yeni strateji sazişlərin imzalanması da gözlənilir.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Alparslan Bayraktar #Pərviz Şahbazov #ETİ Maden İşletmeleri #enerji istehlakı #Təbii Sərvətlər Zirvəsi 2025 #INRES 2025 İstanbul #Türkiyə enerji diplomatiyası #EPİAŞ #Schlumberger #Uniper #Yaxın Şərq və Avropa enerji əməkdaşlığı #Turkuvaz Media

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.