7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə onlayn qumar şəbəkəsi çökdürülüb

Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya ölkə üzrə beş əyalətdə keçirilən genişmiqyaslı əməliyyat nəticəsində “dələduzluq və informasiya sistemlərindən istifadə edərək qumar oynanmasına şərait yaratmaq” cinayətlərinə görə 28 nəfərin saxlanıldığını, onlardan 16-nın həbs edildiyini bildirib.

10 Oktyabr 2025 09:44
Türkiyədə onlayn qumar şəbəkəsi çökdürülüb

BAKI, AzerVoice, Fərid Mikayılov

Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya ölkə üzrə beş əyalətdə keçirilən genişmiqyaslı əməliyyat nəticəsində “dələduzluq və informasiya sistemlərindən istifadə edərək qumar oynanmasına şərait yaratmaq” cinayətlərinə görə 28 nəfərin saxlanıldığını, onlardan 16-nın həbs edildiyini bildirib.

AzerVoice xəbər verir ki, nazir bu barədə sosial media hesabında paylaşım edib.

O, qeyd edib ki, əməliyyatlar Respublika Baş Prokurorluqları və Jandarma Kiber Cinayətlərlə Mübarizə İdarəsinin koordinsiyası ilə, şəhər jandarma komandanlıqları tərəfindən həyata keçirilib.

Yerlikayanın sözlərinə görə, iki həftə ərzində aparılan əməliyyatlar zamanı bank hesablarında 38 milyon lirəlik dövriyyə müəyyən edilib.

“Şübhəlilərdən 16-sı həbs olunub, 9 nəfər barəsində məhkəmənin nəzarət tədbiri tətbiq edilib, digərləri barədə istintaq davam edir”- deyə Yerlikaya bildirib.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, saxlanılan şəxslər internet üzərindən qumar oyunları üçün tətbiqlər quraşdıraraq qeyri-qanuni qumar fəaliyyəti təşkil edib, həmçinin sosial media üzərindən saxta “kirayə ev” və “avtomobil satışı” elanları paylaşaraq vətəndaşları aldadıblar.

Məqalədə: #Türkiyə #Türkiyə Daxili İşlər Nazirliyi #Ali Yerlikaya #Kiberdələduzluq #kibertəhlükəsizlik #kibercinayətkarlıq #Kiber hücumlar #Mütəşəkkil cinayət qrupu

Mövzu üzrə digər xəbərlər

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
Texnologiya

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib

5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Texnologiya

Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb

5 Sentyabr 22:14
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.