8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Suriyanın sərvətləri terrora yox, xalqın rifahına xidmət etməlidir - Ərdoğan

Ərdoğan çıxışında Suriya xalqının uzun illər davam edən münaqişələrdən yorulduğunu qeyd edərək, bütün etnik və dini qrupların sülh şəraitində birgə yaşamaq istədiyini deyib. Onun sözlərinə görə, uşaqlar artıq müharibə səsləri eşitmək istəmir və heç kimin Suriya xalqına yeni itkilər yaşatmağa haqqı yoxdur.

27 Yanvar 2026 19:29
Suriyanın sərvətləri terrora yox, xalqın rifahına xidmət etməlidir - Ərdoğan
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Fərid Mikayılov

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada əldə olunan razılaşmaların sülh və sabitlik üçün yeganə yol olduğunu bildirib.

AzerVoice xəbər verir ki, vurğulayıb ki, ölkənin resursları terror fəaliyyətlərinə deyil, təhsil, səhiyyə və xalqın rifahını artıracaq layihələrə yönəldilməlidir.

Ərdoğan çıxışında Suriya xalqının uzun illər davam edən münaqişələrdən yorulduğunu qeyd edərək, bütün etnik və dini qrupların sülh şəraitində birgə yaşamaq istədiyini deyib. Onun sözlərinə görə, uşaqlar artıq müharibə səsləri eşitmək istəmir və heç kimin Suriya xalqına yeni itkilər yaşatmağa haqqı yoxdur.

Türkiyə lideri dövlət daxilində ayrıca silahlı qüvvələrin mövcudluğunun qəbuledilməz olduğunu vurğulayıb və problemin razılaşmalar çərçivəsində təmkinlə həllinin vacibliyini önə çəkib. O, xüsusilə bölgədə yaşayan kürd icmasına müraciət edərək, nifaq yaratmaq istəyən qüvvələrin oyunlarına uymamağa çağırıb.

Ərdoğan həmçinin Türkiyənin humanitar yardımları davam etdirdiyini, AFAD, Türk Qızıl Aypara Cəmiyyəti və digər qurumların Suriyanın şimalında ehtiyac sahiblərinə dəstək göstərdiyini bildirib.

Prezident Suriyada atəşkəs və tam inteqrasiya razılaşmasının həyata keçirilməsinin regionda sabitlik üçün həlledici əhəmiyyət daşıdığını qeyd edib və əvvəlki razılaşmalara əməl olunmamasının ciddi səhv olduğunu vurğulayıb.

Məqalədə: #Türkiyə #Ankara #Suriya #Dəməşq #Türkiyənin Suriya siyasəti #Terrora qarşı mübarizə #Suriyada atəşkəs razılaşması #Yaxın Şərqdə sabitlik #Türkiyə-Suriya əməkdaşlığı #Türkiyənin humanitar yardımları #Suriya böhranı və sülh prosesi #AFAD və Qızıl Aypara yardımları #Suriya hökuməti əməkdaşlıq

Mövzu üzrə digər xəbərlər

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

7 Sentyabr 22:04
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir

7 Sentyabr 14:14
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

7 Sentyabr 12:27

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.